Modern.az

ABŞ-da koronavirusa yoluxanların sayı 730 mini ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 730 mini ötdü

19 Aprel 2020, 10:19

Amerika Birləşmiş Ştatlarında COVID-19 infeksiyasına yoluxma sayında artım baş verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə CNN telekanalı yerli və federal orqanların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universitetinə istinadən bildirib.

 

Qeyd edilir ki, ölkədə virusa yoluxma hallarının sayı 732 197 təşkil edir. Birləşmiş Ştatlarda 38 664 insan pandemiyanın qurbanı olub.

 

Daha əvvəl ABŞ lideri Donald Tramp bildirib ki, Birləşmiş Ştatlarda koronavirusla bağlı "dörd milyon test keçirilib". ABŞ prezidenti eyni zamanda Çinin koronavirusu məqsədyönlü şəkildə yaymasının aşkarlanacağı tədqirdə bu ölkəni hədələyib

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir