Modern.az

Türkiyə Azərbaycana qarşı olanlara sərt cavab verdi - RƏSMİ

Türkiyə Azərbaycana qarşı olanlara sərt cavab verdi - RƏSMİ

Ölkə

Bu gün, 00:14

Türkiyə ilə Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməlləri üzərində yüksələn münasibətlərini bütün sahələrdə qətiyyətlə davam etdirir.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzindən (DMM) bildirib.

DMM-nin sosial media hesablarında yayılan açıqlamada bəzi beynəlxalq media orqanlarında və sosial şəbəkələrdə Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz bağları, strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” anlayışını hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığı qeyd olunub.

Bildirilib ki, bu paylaşımlar iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə xələl gətirməyi, regional sülh və sabitliyi pozmağı hədəfləyən açıq informasiya əməliyyatıdır.

Açıqlamada vurğulanıb ki, Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq əsasında qurulan münasibətlərini bütün sahələrdə qətiyyətlə davam etdirir.

“İki ölkə arasında strateji tərəfdaşlığa, atılan birgə addımlara və həyata keçirilən əməkdaşlığa dair manipulyativ fikirlərlə ictimaiyyəti yanıltmaq cəhdləri məqsədinə çatmayacaq”, – deyə açıqlamada bildirilib.

DMM ictimaiyyəti psixoloji müharibə məqsədi daşıyan bu cür məzmunlara inanmamağa və yalnız rəsmi qurumların açıqlamalarını əsas götürməyə çağırıb.

Sizə yeni x var
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...