Modern.az

Nazir Təhsil şöbəsinə yeni müdir təyin etdi

Nazir Təhsil şöbəsinə yeni müdir təyin etdi

30 Aprel 2020, 00:47

Yevlax rayon Təhsil şöbəsinə yeni müdir təyinatı olub.

Modern.az  "Qafqazinfo"ya istinadən  xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə bu vəzifəyə Namidə Abbasova gətirilib.

Yeni rəhbər bu təyinata qədər Yevlax rayon Ə.Yolçuyev adına Hacıselli kənd tam orta məktəbin direktoru vəzifəsini tutub.

Qeyd edək ki, N.Abbasovadan əvvəl Yevlax Təhsil Şöbəsinin müdiri vəzifəsini Xaləddin Niftəliyev tuturdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi