Arxiv
30 Aprel 2020, 23:29 | FOTOSÖHBƏT
Adolf Hitler: Çəkməçi oğlu, uğursuz rəssam, şokolad “xəstəsi”

Dünyanın müqəddəratını həll edən nəhəng siyasi liderlər. Biz onları adətən siyasi arenalarda görmüşük. Buna görə də dünyanın ən güclü ölkələrini idarə edən şəxslərin bizim kimi həyatı olduğunu bəzən unuduruq.

“Siyasətçi həyatı fotolarda” layihəsi yəhudilərə olan nifrətini siyasi doktrinasının təməlinə çevirən, XX əsrin ən dəhşətli diktatoru Adolf Hitlerin həyatından bəhs edəcək.

O, tarixə adını yazdırmağı bacardı. Dünya Hitleri II Dünya müharibəsini başladan diktator kimi tanıyır. Bəziləri isə onu bığından tutmuş danışıq tərzinə qədər tam fərqli xaraketerə sahib bədnam tale yaşayan biri kimi xatırlayır.
 

 

Savaşda hər zaman məğlub olan tərəf günahkardır deyən Hitler 1945-ci ilin bu günü həyat yoldaşı Eva Braun ilə özünəqəsd edərək məğlub tərəf kimi həyatını itirmişdi.



Gəlin, bir az tarixi vərəqləyəq..

 


Həyatı boyu yəhudilərə nifrət edən Hitlerin özü yəhudi idi. Qulluqçu işləyən nənəsi Mariyanın yəhudi ev sahibi ilə izdivacından Hitlerin atası Alois dünyaya gəlib.


Əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı kimi çalışan Alois Hitler 3-cü evliliyini Klara Pölz ilə edir. Və beləcə 1889-cu il 20 apreldə 6 uşaqlı ailənin 4-cü uşağı Adolf Hitler dünyaya gəlir. Onun 4 bacı-qardaşı isə erkən yaşlarında müxtəlif xəstəliklərdən həyatlarını itirir.


Orta məktəbi zəif oxuyan Hitlerin yaxşı rəssamlıq qabiliyyəti vardı. Məktəbi bitirdikdən sonra o, Vyana İncəsənət Akademiyasına müraciət edir. Akademiya isə Hitlerə rədd cavabı verir. Kim bilərdi ki, Hitlər illər sonra dünyanı qana boyayaraq öz “şah əsərini” yaradıb ən məşhur rəssam olacaq.

 


Alman tarixçilərinə görə, Hitlerin yəhudi kini elə buradan başlayıb. Ona rəssam ola bilməyəcəyini deyən müəllim yəhudi olub.


Hitler həyatı boyunca bir çox uğursuzluqlar və itkilər yaşamışdı. 13 yaşında vərəm xəstəliyindən əziyyət çəkən atası Alois vəfat edir. 5 il sonra isə Hitler həyatının ən böyük itkisini yaşayır – çox bağlı olduğu anası Klara uzun müddət davam edən xəstəliklə daha mübarizə apara bilmir. Hitler 20 yaşında anasını itirir.


Hitlerin yəhudi nifrətini bununla da əlaqələndirirlər. Diktator anasının ölümündə onu müalicə edən yəhudi həkimi günahlandırırdı.


Yaşadığı sarsıntıları geridə buraxaraq 1913-cü ildə Münhenə köçür. Xərclərini qarşılamaq üçün akvarel satmağa məcbur olur. 1914-cü ilin sentyabrında isə Almaniyanın Birinci dünya müharibəsinə qatılması ilə könüllü olaraq cəbhəyə yollanır. 4 il sonra döyüşlərin birində ingilislərin almanlara qarşı işlətdiyi gözyaşardıcı kimyəvi qazın təsirindən görmə qabiliyyətini müvəqqəti olaraq itirir. Bu hadisədən sonra Hitlerin görmə qabiliyyəti olduqca zəifləyir. Noyabr ayında hospitalda olanda Almaniyanın qeyd-şərtsiz təslim olması xəbərini alır, bu xəbər onu hədsiz dərəcədə sarsıdır.


1920-ci ildə ordudan təxris olunan Hitler Alman Fəhlə Partiyasına qoşulur. O, yüksək liderlik qabiliyyəti sayəsində tez bir zamanda başçı səviyyəsinə qədər yüksəlir və 1919-cu ildə partiyanın adını "Nasional Sosialist Alman Fəhlə Partiyası" kimi dəyişməyə nail olur. Partiyadakı tərəfdarları alovlu çıxışlarına və qətiyyətliliyinə görə Hitlerə "Fürer", almancadan tərcümədə “rəhbər” adını verirlər. O, partiya rəhbərliyinə güclü şəxsiyyətləri cəlb edərək dövlət idarəçiliyini ələ keçirməyi planlaşdırır.

 


Uzun müddət davam edən mübarizədən sonra Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəlir. Bundan sonra Almaniyada nasistlər xeyli güclənirlər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə başlayır.


1933-cü ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətini ləğv edir. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşir. Nasistlərin füreri – Hitler fanatikcə sevdiyi Almaniyanın I Dünya müharibəsində məğlub olmasının qisasını almağı qərarlaşdırır.


O, 1933-cü il 18 dekabrda Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa, bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb edir. Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrilir. Nəhayət, 1939-cu ilin sentyabrın 1-də Alman qoşunlarının Polşaya hücumu ilə ikinci dünya müharibəsi başlayır.

 


 Müharibə 1945-ci ildə Antihitler koalisiyasının qələbəsi ilə başa çatdı. 6 il davam edən müharibə nəticəsində 50 milyona yaxın insan həyatını itirdi və Dünya siyasi xəritəsi dəyişikliyə uğradı, qüvvələr balansı köklü şəkildə dəyişdi. Nəhayət, faşizmin qlobal cərəyana çevirilməsinin qarşısı alındı.


Ölümü..


Məğlubiyyətə dözməyən nasist füreri 30 aprel 1945-ci ildə Berlində həyat yoldaşı Eva Braun ilə birlikdə intihar etmək qərarına gəlir. Əvvəlcə həyat yoldaşı, sonra isə özü zəhər içir. Faşist lideri bununla bərabər silahla atəş açaraq da həyatına qəsd edir.


Sovet ordusunun cəsədini əldə etməməsini istəyən Hitler cəsədinin yandırılmasını tapşırmışdı.


Hitlerin siyasi və şəxsi olmaqla 2 vəsiyyətnaməsi olur. Siyasi vəsiyyətnaməsində alman xalqının və ümumiyyətlə bütün millətlərin gələcək üçün ən böyük təhlükə hesab etdiyi yəhudilər və bolşevizm ilə mübarizədən heç vaxt çəkinməməli olduğunu bildirib.


Hitler şəxsi vəsiyyətnaməsində isə doğulduğu şəhərdə adına bir muzey açılmasını və bütün həyatı boyunca topladığı sənət əsərlərinin bu muzeydə sərgilənməsini istəmişdi.

 


 


1998-ci ildə nasistlərin cinayət aktlarının ictimaiyyətə açıqlanmasından sonra Hitler haqqında 1942-ci ilin məxfi qovluğu da daxil olmaqla, təxminən üç milyon gizli fayl üzə çıxdı. Bu fayllarda Hitler haqqında olduqca maraqlı informasiyalar vardı.


Hitlerin "Mein Kampf" ( Mənim mübarizəm) kitabı hələ də məşhurdur. O, özü də böyük liderlərin kitablarını oxumağı sevirmiş: Böyük İsgəndər, Solon, Yuli Sezar, Məhəmməd Peyğəmbər, İsa Peyğəmbər, Napaleon, Kutusov, Bismark və s. böyük şəxsiyyətlərin əsərlərini oxuyub.


Həyatı boyu heç bir mübarizədən çəkinməyən faşist liderinin ən böyük qorxusu isə su olub. Suyu heç vaxt xoşlamayıb və üzə bilməyib.

 


Bığlarını qaz maskasının üzünə uyğun olması üçün belə tərzdə kəsildiyi deyilir. Məsləhətçiləri onu dəyişdirməsi gərəkdiyi desə də, o, israrla "mənim tərzim budur, sabah hər kəs də bu tərzdə olacaq" söylərmiş.

Həbsdən çıxdıqdan sonra  pivə və digər alkoqollu içkilər içməyi tərgidib. Spirtli içkiləri isti çay və kofe ilə əvəzləyib.


 Hitler boş vaxtlarında nitq məşqləri edərmiş. Siqareti nitq söyləyə bilməsi üçün tərgitdiyi bildirilir. Siqaret onun olduğu ortamda və nitq söylərkən qadağan edilib.


Hitlerin sevdiyi qida isə şokolad olub.





BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daşkəsəndə iki nəfər dumanlı havada itkin düşdü 1 Avqust 2021, 11:04 Sabahdan bağçalar elektron qəbula keçir   1 Avqust 2021, 11:01 Xarici jurnalistlər Gəncədə Ermənistanın törətdiyi cinayətlərlə tanış oldu 1 Avqust 2021, 10:58 Türkiyədə yanğınsöndürənlərimizə təşəkkür etdilər 1 Avqust 2021, 10:51 İlk övladını görmək ona qismət olmadı, amma... - 27 yaşlı şəhidimizin SON SÖZÜ 1 Avqust 2021, 10:47 Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı 1 Avqust 2021, 10:38 Yeyib-içdilər, ortaya qan düşdü 1 Avqust 2021, 10:30 Toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundu 1 Avqust 2021, 10:27 İsraildə 80 min vaksin məhv ediləcək 1 Avqust 2021, 10:18 “Tokio-2020”: daha 18 nəfərdə virus aşkarlandı 1 Avqust 2021, 10:08 Göygöldə gənci bıçaqlayan 20 yaşlı oğlan tutuldu  1 Avqust 2021, 10:04 Gədəbəydə “Xaş-xaş-2021” əməliyyatı 1 Avqust 2021, 10:00 Suraxanıdakı yanğının səbəbi məlum oldu: yararsız sayğaclar... 1 Avqust 2021, 09:59 İordaniya Suriya ilə sərhədi bağladı 1 Avqust 2021, 09:58 Qaxda 39 yaşlı kişini bıçaqlayan qandallandı 1 Avqust 2021, 09:51 Yoluxma sayı 530 mindən çox artdı 1 Avqust 2021, 09:47 Vahid Əhmədov: Jirnovski anlamalıdır ki... 1 Avqust 2021, 09:39 Ermənilər Naxçıvanı atəşə tutdu 1 Avqust 2021, 09:30 “Yanmış bölgələri yenidən bərpa edəcəyik” - Nazir   1 Avqust 2021, 09:28 Türkiyə yenə silkələndi 1 Avqust 2021, 09:27 ABŞ-da atışma: Yaralılar var 1 Avqust 2021, 09:26 Binəqədidə yanğın oldu 1 Avqust 2021, 09:20 Sumqayıtda üçotaqlı ev yandı 1 Avqust 2021, 09:19 Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü 1 Avqust 2021, 09:14 Türkiyədə 107 yanğından 98-i söndürülüb   1 Avqust 2021, 09:12 Ağstafada 38 yaşlı kişi bıçaqlandı 1 Avqust 2021, 09:10 "Tokio-2020": Atıcımız 281 xal qazandı 1 Avqust 2021, 09:05 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü! 1 Avqust 2021, 09:00 Sabirabadda birmərtəbəli ev alovlandı 1 Avqust 2021, 08:59 Gürcüstanda itkin düşən avstraliyalı qadının meyiti tapıldı 1 Avqust 2021, 08:58 İsveçrədə karantin rejiminə qarşı etiraz aksiyası 1 Avqust 2021, 08:51 Şəmkir sakini qolundan bıçaq xəsarəti aldı 1 Avqust 2021, 08:45 Kürdəmirdə 30-a yaxın toy sahibi cərimələndi 1 Avqust 2021, 00:55 Türkiyədə zəlzələ oldu 1 Avqust 2021, 00:39 Tovuzda yol qəzası - xəsarət alan var 1 Avqust 2021, 00:22