Arxiv
9 May 2020, 13:43 | ƏDƏBİYYAT
Rüstəm Behrudi: “Əgər “Xalq şairi adı alacağımı gözləmişəmsə, Allah mənə qənim olsun!” - MÜSAHİBƏ

Modern.az saytında “Ədəbi şənbə” layihəsinin ilk qonağı Türk dünyasının böyük şairlərindən olan Rüstəm Behrudidir. Onunla söhbətimizdə nə "Şaman duası”ndan, nə də “Dar ağacı”ndan danışmışıq. Söhbətimiz koronavirus pandemiyasından, karantin rejimindən, ədəbi prosesdə baş verən hadisələr və onlara şairin münasibəti ilə bağlıdır. 

 

Çox uzatmadan gəlin, monitora yaxın əyləşib Rüstəm Behrudi söhbəti birlikdə oxuyaq:

 

- Rüstəm müəllim, koronavirus pandemiyasının gətirdiyi qadağalar sizə necə təsir edib? Cansıxıcı günləri necə yola verirsiniz? 

 

- Yəqin razılaşarsınız ki, şairlər qayda-qanun tanımayan adamlardır. Təbii ki, mən də o qayda-qanunları hərdən pozuram. Heç kimə ziyan vermədən, adamlar olmayan vaxtlarda dənizin qırağına, bir az hava almağa gedirəm. Evim də dənizə yaxındır. Hərdən aşağı düşüb bir az gəzirəm. 

 

- Qadağalar bitən kimi ilk işiniz nə olacaq? 

 

- Balıq tutmağa gedəcəm. Tilovları, qarmaqları da hazırlamışam. 

 

- Sizcə, koronavirus pandemiyasının dünya üçün müsbət tərəfləri oldumu? 

 

- Elə fikirləşirəm ki, oldu. Evdə deyirlər ki, dünya əvvəlki kimi olmayacaq. Təbii ki, mən də bu fikirdəyəm, amma pandemiya dövründə adamların bir-birinə münasibətinə aydınlıq gətirildi. Koronavirus böyük hadisədir. Bu hadisənin bir nəticəsi məni sevindirdi, xəstəlik mənasında yox, böyük sirlərin üstü açıldı. Beş min ilə yaxın idi ki, yəhudilərin kosmopolitizm, beynəlmiləlçilik adlı nəzəriyyələri var idi. Humanizm, qloballaşma kimi tezislər, fikirlər ortaya atılmışdı. Artıq həmin nəzəriyyə bu böyük hadisə ilə fiaskoya uğradı. İlk növbədə ulusal, milli dövlətlər vətəndaşlarını öz vətənlərinə yığdı. Bütün xaqlar - ingilislər, almanlar, fransızlar, türklər... Kosmopolotizm nəzəriyyəsinin iflası bir daha sübut etdi ki, Yer üzündə ilk növbədə millət amili əsas faktordur.
Koronavirus pandemiyası kosmopolitizm nəzəriyyəsinin necə puç olduğunu ortaya çıxardı. Hər kəs gördü ki, Rusiya sərhədlərindən kənardakı rusları, Çin çinliləri, İngiltərə ingilisləri ölkəsinə yığıdı. Bununla da yəhudilərin 5000 illik nəzəriyyəsi süquta uğradı. Bunu heç kim edə bilməzdi. Bunu Bil Qeyts və ondan daha yuxarıdakı adamlar elədilər. Özləri öz nəzəriyyələrini iflasa uğratdılar. Qloballaşmanı yəhudilər uydurub. Qloballaşma millətlərə də təsir edəcəkdi. Bu da o demək idi ki, dünyada 15 milyon olan yəhudilər milyard yarım əhalisi olan Çinin içərisində əriyib yox olacaqdı. Yəhudilər bunu istəyərmi, yox... Deməli, bu ideya başqa xalqlar üçündür, özləri üçün deyil. Koronavirus pondemiyasının ən böyük avantajlarından biri də 5000 illik bir nəzəriyyənin, utopiyanın iflasa uğraması oldu. Nə yaxşı ki, koronavirus hadisəsi baş verdi. Dünya anladı ki, bunların hamısı yalançı, uydurulmuş bəşəri dəyərlərdir. Özü özünü doğrultmadı. Niyə ingilis başqa millətləri yox, öz millətini bir araya yığdı, ölkəsinə gətirdi?! Bunu mən demirəm, bütün dünya bilir.

 

- Evdə qalmağın sizin üçün nə kimi müsbət tərəfləri nə oldu?

 

- Mənim 10-cu mərtəbədə, eyvanda gözəl bir bağçam var. Dünyanın ən gözəl gül-çiçəklərini əkmişəm. Onlara qulluq edirəm. Amerikadan, Kubadan, Veytnamdan – hara getmişəmsə, oradan gül-çiçək gətirmişəm. Başqa heç nə almırdım, ancaq gül-çiçəklə geri dönürdüm. Elə gün olub ki, vaxtımı ancaq çiçəklərə ayırmışam, onlara qulluq eləmişəm. Yerlərini dəyişirdim, diblərini təmizləyirdim, su verirdim. Bir də çoxlu kitablar oxudum. Bu bir ayın içərisində Tövratı, İncili, Quranı yenidən oxudum. Unutduğum yerlərinə bir də baxdım. Bu kitabları oxuyandan sonra gəldiyim nəticə bu oldu ki, tanrı Yaradan deyil, əvvəldən var olandır. Tanrı heç nəyi yaratmır. Her şey o tanrının içindədir. Eyni zamanda, izaholunmaz varlıqdır. Necə deyərlər, reaksiyanı sürətləndirir, özü dəyişməz qalır.  

 

- Rüstəm müəllim, Xalq şairi ilə saray şairi arasında fərq və ya oxşarlıq varmı?

 

- Mən bu kimi fərqləndirmələri qəbul eləmirəm. Böyük ədəbiyyat adamları üçün bu kimi fərqləndirmələr əhəmiyyətsizdir. O cür yanaşsaq, belə çıxır ki, mənim heç bir titulum yoxdur və mən şair deyiləm. Qətiyyən, bu cür düşüncəni doğru hesab etmirəm. Cinayət hüququnda şərəf və ləyaqəti təhqir etmək kimi bir termin var. Amma diqqətlə baxanda görərik ki, şərəf və layəqət məfhumları tamamilə bir-birinə zidd olan anlayışlardır. Ancaq ikisini də bir yerdə işlədirlər. Şərəf və ləyaqətin təhqiri cinayət hadisəsi sayılır və bu iki məfhum bir yerdə götürülür. Əslində isə bunlar tamamilə ayrı-ayrı şeylərdir.  Şərəf – cəmiyyətin, kənar adamların hər hansı bir adama verdiyi qiymətdir, dəyər ölçüsüdür.  Ləyaqət isə insanın özünün özünə verdiyi qiymətdir. Ləyaqət hissi olan adamın heç vaxt şərəfi, şərəfini qoruyan adamın da ləyaqəti olmur. Bunlar tamam başqa anlayışlardır. Böyük ədəbiyyatla məşğul olan adamlar üçün titul və fəxri adlar ölçü, meyar olmamalıdır. Mən belə düşünürəm. Mükafatların, dəyərləndirmələrin ədəbiyyatla heç bir əlaqəsi yoxdur. Bir ədəbiyyat adamı qanunla, sərəncamla qiymətləndirilməməlidir.  Doğru saymıram. Bu mükafat sənə verilirsə, nə vaxtsa alına da bilər. Onun üçün dava aparmaq, can qoymaq boş şeydir. Həmişə bu haqda danışanda demişəm ki, ədəbiyyatımızda Əkrəm Əylisli nümunəsi var. Bütün mükafatlara layiq görülmüşdü, sonra hamısı əlindən alındı. Əgər həmin xidməti göstərmişdisə, nə cür geri almaq olardı?! Bu mənada, ədəbi mükafat anlayışı mənasız bir şeydir.

 

- Əkrəm Əylislidən söz düşmüşkən, yaxşı münasibətləriniz vardı, indi də davam edirmi?

 

- Bəli, indi də davam edir. Mən Əkrəmin əsərləri ilə tərbiyə olunmuş adamam. Əkrəm Əylislinin “Mənim nəğməkar bibim”, “Söyüdlərin sarı işığı” kimi əsərləri ilə tərbiyə olunmuşam. 30-35 ildir ki, onunla dostluq edirəm. Belə düşünürəm ki, Əkrəm Əylisli son 50-100 ildə Azərbaycanın yetirdiyi ən böyük yazıçıdır. Bunu ədəbiyyat adına deyirəm, siyasət və başqa rakurslardan baxmaq lazım deyil. Əkrəm müəllim böyük ədəbiyyat adamıdır. Əkrəm Əylisli çiçəkləmiş ağacları “hamilə qadın”, dağların üzünə gün düşməsini “dağların gülümsəməsi” kimi təqdim edən yazıçıdır. Çox gözəl təşbeh və epitetləri var. Hətta mən Əkrəm Əylislinin əsərlərinin qəhrəmanlarını şəxsən tanıyıram. Onlarla oturub çay içmişəm.
Mənim atam ədəbiyyat müəllimi olub. Bir dəfə Əkrəm Əylisli ilə atam bağda idi. Əkrəm müəllim dedi ki, gedək bir nəfər var, onunla görüşək. Mən də getdim. Çox unikal bir adam idi. Əkrəm müəllim dedi ki, “Söyüdlərin sarı işığı”nın əsas qəhrəmanı bu kişidir. O qədər unikal insan idi ki, mən Əkrəm müəllimə dedim ki, sən bu adamın keyfiyyətlərinin çox hissəsini orada göstərməmisən. Ədəbi mükafat alanlar tənqid edə bilmək kimi bir anlayışdan məhrum olurlar.

 

- Bəs Ramiz Rövşənə, Vahid Əzizə "Xalq şairi" adı veriləndə sizə də bu adın veriləcəyini gözlədinizmi, umdunuzmu?

 

- And olsun Allaha - mənim ən böyük andım yerə-göyə and içməkdir,- əgər gözləmişəmsə, Yer – Göy mənə qənim olsun. Əgər gözləmişəmsə, Allah mənə qənim olsun. Bundan sonra da gözləmirəm. Mən ədəbiyyat adamıyam, şeir yaza bilirəmsə, o mükafata nə ehtiyacım var?!

 

- Deyəsən, Vaqif Bayatlıya “Əməkdar incəsənət xadimi” fəxri adı veriləndə etiraz etmişdiniz?

 

- Bəli, etmişdim. Çünki Vaqif Bayatlının ömründə şeir yazmaqdan başqa işi olmayıb. Vaqif Bayatlı artist, aktyor, kitabxana işçisi deyil. Vaqif Bayatlı ilə uzun illər dostluq etmişik. Vaqif Bayatlı ilə bizi Əbülfəz Elçibəy öz toyunda tanış edib. O gündən bu günə dostluq edirik. Bu adamın şeir yazmaqdan başqa işi yoxdur. Əgər mükafat verilirsə, şair kimi mükafat vermək lazımdır. Əslində Vaqifə o mükafatı vermək onu bir şair kimi aşağılamaqdır. Vaqif Bayatlı "Xalq şairi" adı alanların hansından aşağı şairdir ki?.. Doğrusu, Vaqif Bayatlının "Xalq şairi" adını almağa daha çox haqqı çatır.

 

- Rüstəm müəllim, musiqi ilə aranız necədir? Kimləri dinləyirsiniz?

 

- Şopen, Bax, Motsart... Bunların əsərlərini çox dinləyirəm. Amma dünən gecə Emin Sabitoğlunun “İstintaq” filmi üçün yazdığı musiqini dinlədim. Çox gözəl əsərdir. Mən Emin Sabitoğlunu həmin dünya bəstəkarlarından daha yaxşı hesab edirəm. Düşünürəm ki, biz öz sənət adamlarımıza layiq olduğu qiyməti vermirik.

 

 Tural Turan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı 31 May 2020, 16:52 Azərbaycan I divizionu bərpa olunmayacaq 31 May 2020, 16:41 Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI 31 May 2020, 16:40 ABŞ-ın 25 şəhərində komendant saatı elan olundu 31 May 2020, 16:38 “Türkiyədən Azərbaycana aviabiletlərin qiyməti çox yüksəkdir” - Deputat 31 May 2020, 16:32 Keçmiş prokurorun cinayət işi məhkəməyə göndərildi 31 May 2020, 16:26 Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirildi 31 May 2020, 16:20 Sahibə Qafarova sərəncam verdi - Milli Məclis 2 gün iclas keçirəcək 31 May 2020, 16:15 “İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın” 31 May 2020, 16:11 Milli Məclis maska taxmamağa görə cərimələri TƏSDİQ ETDİ 31 May 2020, 16:06 Koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur - Spiker 31 May 2020, 16:00 Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ 31 May 2020, 15:55 Bu dövlət rüsumu ləğv EDİLDİ 31 May 2020, 15:50 Nazirlik “Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərlərilə görüşdü 31 May 2020, 15:45 Vitse-spikerdən deputatlara: “Danışanda yüz ölçüb, bir biçmək lazımdır” 31 May 2020, 15:42 “Məni susdura bilməyəcəksiniz” - Fəzail Ağamalı 31 May 2020, 15:39 Roma Papası İlham Əliyevi təbrik etdi 31 May 2020, 15:35 Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş təsdiqləndi 31 May 2020, 15:33 “Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub” - Hicran Hüseynova 31 May 2020, 15:30 Karantin həkimlərindən TƏBİB-ə ETİRAZ: “Niyə bizi də düşünən yoxdur?” 31 May 2020, 15:25 Əli Hüseynli Vahid Əhmədova irad tutdu: “Siz burada nahaq yerə...” 31 May 2020, 15:21 Deputatlar koronavirus testindən keçirilir 31 May 2020, 15:15 Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı - AZAL 31 May 2020, 15:10 Dünyada və Azərbaycanda orta aylıq əmək haqqı – STATİSTİKA 31 May 2020, 15:05 Koronovirus Venesiya kinofestivalına mane ola bilməyəcək 31 May 2020, 14:59 Bərdədə heyvan leşləri su kanalına atıldı - VİDEO 31 May 2020, 14:52 Qənirə Paşayevadan Ramil Səfərova dəstək - “Yüz minlərlə soydaşın yanındadır” 31 May 2020, 14:46 Jurnalistin anası vəfat etdi 31 May 2020, 14:45 Mübariz Mənsimovun şirkəti müflis olub? - “Palmali Holding”dən AÇIQLAMA 31 May 2020, 14:41 Şəkidəki ayını tutub Altıağac milli parkına apardılar - VİDEO - YENİLƏNİB 31 May 2020, 14:33 Müdafiə Nazirliyindən Vahid Əhmədova CAVAB - Yalan danışmaq deputata yaraşmaz 31 May 2020, 14:30 Qarabağ dünyaya yox, Azərbaycana lazımdır 31 May 2020, 14:23 İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi 31 May 2020, 14:16 Olimpiya İdman Komplekslərinin fəaliyyətinə icazə verildi - RƏSMİ 31 May 2020, 14:10 Məşhur prodüser daha dörd təcavüzdə ittiham olunur 31 May 2020, 14:04