Modern.az

Azərbaycanın hansı ölkələrdəki diplomatları koronavirusa yoluxub?..

Azərbaycanın hansı ölkələrdəki diplomatları koronavirusa yoluxub?..

13 May 2020, 18:11

Diplomatlarımız arasında koronavirusa yoluxma halı barədə məlumat daxil olmayıb. Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.

H.Hacıyev qeyd edib ki, nə diplomatlar, nə də onların ailə üzvləri arasında yoluxma halı var. Onun sözlərinə görə, bu günə qədər xaricdəki diplomatlarımız və ailə üzvləri geri qayıtmayıb:

"Bunun əsas səbəblərindən biri diplomatların və ailə üzvlərinin çalışdıqları ölkələrdə karantin rejiminə riayət etmələri olub".

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır