Modern.az

Kəmaləddin Heydərov iki rəisin yerini DƏYİŞDİRDİ

Kəmaləddin Heydərov iki rəisin yerini DƏYİŞDİRDİ

Hadisə

14 May 2020, 14:22

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi baş verib.

 

Modern.az-ın məlumatına görə, nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev vəzifəsindən azad edilib.

 

Digər əmrlə, bu vəzifəyə polkovnik Hikmət Abbasov təyinat alıb.

 


Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. 

 

FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva Modern.az-ın sorğusuna cavab olaraq kadr dəyişikliyini təsdiqləyib. O bildirib ki, daxili rotasiya əsasında Bakı Regional Mərkəzinin rəisi, polkovnik Hikmət Abbasov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin olunub:



“Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev isə Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb”.


Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı