Modern.az

Kardioloqlar əməkdar jurnalisti xilas etdilər

Kardioloqlar əməkdar jurnalisti xilas etdilər

Media

15 May 2020, 18:24

Əməkdar jurnalist, “Xalq qəzeti”nin məsul redaktoru, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Tahir Aydınoğlu mayın 12-də gecəyarı kəskin ürək tutması, infarktqabağı sindrom əlaməti  ilə 6 nömrəli şəhər klinikasına qəbul edilib.


Bunu Modern.az-a 
Azərbaycan Mətbuat  Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə bildirib.

O deyib ki, səhər saatlarında  “Avrasiya” klinikasında  aparılan operativ angioqrafiya müayinəsi ilə jurnalistin ürəyinin 2 tac damarının tam tutulması müəyyən edilib. Klinikada Tahir Aydınoğlunun ürəyində infarktın qarşısının alınması üçün təcili həmin damarlara stent qoyulması məslətət görülüb. 

 

“Xalq qəzeti” redaksiyası əməkdaşlarının və jurnalistin həkim dostlarının işə qarışması ilə “Uzmanlar” klinikasının invaziv kardioloqu, bu sahədə ölkənin ən təcrübəli mütəxəssislərindən biri Samir Abbasovun rəhbərliyi ilə təcili əməliyyat təşkil olunub və uğurla başa çatdırılıb, əməkdar jurnalist ölümün pəncəsindən xilas edilib.

 

"Tahir Aydınoğlu əməliyyatdan sonra özünü yaxşı hiss edir. Həmkarımız Samir Abbasov başda olmaqla, invaziv həkim Vüsal Sayılova, tibb bacıları Şölə Yarışovaya, Sara Zalovaya, Rəfiqə Aslanovaya və sanitar Cəmil Məmmədova minnətdarlığını çatdırmağı xahiş etdi. Tahir Aydınoğlu əlavə etdi ki, xüsusi karantin şəraitində qeyd edilən  tibb heyəti təcili toplaşaraq onu böhranlı vəziyyətdən çıxarmasaydı, vəziyyət faciəli sonluqla bitə bilərdi. 

 

Ölkənin tanınmış jurnalistinin həyatını xilas etdiklərinə görə Tahir Aydınoğlunun həmkarları da Samir Abbasovun və heyət üzvlərinin fadakarlığını xüsusi hal kimi dəyərləndirir, onlara səmimi təşəkkürlərini bildirirlər".

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi