Modern.az

Türkiyədə koronavirus qurbanlarının sayı 4 308-ə çatdı

Türkiyədə koronavirus qurbanlarının sayı 4 308-ə çatdı

Aktual

23 May 2020, 21:14

Türkiyədə son sutka ərzində daha 32 nəfər koronavirusdan ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.


Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 308 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 40 178 nəfərdən 1 186 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  155 686 nəfərə çatıb. Müalicə olunan 1 491  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  117 602 nəfər koronavirusdan müalicə olunub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir