Modern.az

NİDA-çılar Milli Şuradan getdi

NİDA-çılar Milli Şuradan getdi

26 May 2020, 22:25

NİDA hərəkatının üzvləri Milli Şuradan istefa veriblər.

Modern.az  xəbər verir ki, bu barədə NİDA üzvləri sosial şəbəkədə məlumat paylaşıblar.

NİDA üzvü İlkin Rüstəmzadə isə bildirib ki, onlar NİDA hərəkatı olaraq deyil, fərd olaraq MŞ üzvü olublar və indi də fərdi qaydada istefa veriblər.

Onun sözlərinə görə, MŞ-dan ayrılmalarını müxalifətə zərər vurmamaq üçün ucadan elan etməyiblər.

Qeyd edək ki, Milli Şuranın məlum videosunun yayılmasından sonra Eldəniz Quliyev və Rafiq Manaflı MŞ-in idarə heyətindən istefa vermişdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...