Modern.az

Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Aktual

31 May 2020, 00:32

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunub.

Modern.az  xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib.

Qərara əsasən, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bu məhdudiyyət 31 may 2020-ci il saat 00:00-dan aradan qaldırılıb.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu