Modern.az

Azərbaycanın ən çox ixrac etdiyi mal: pambıq və qızıl pomidora uduzdu

Azərbaycanın ən çox ixrac etdiyi mal: pambıq və qızıl pomidora uduzdu

İqtisadiyyat

1 İyun 2020, 13:58

2019-cu illə müqayisədə 2020-ci ilin ilk 4 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 13 faiz, İsveçrəyə 9 faiz və Çinə 45 faiz olmaqla artıb.

 

Modern.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 73,3 milyon ABŞ dolları olmaqla birinci yerdə qərarlaşıb.

 

“İxracda pambıq mahlıcı (44,3 milyon ABŞ dolları) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 43,7 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

 

Ümumiyyətlə, 2020-ci ilin ilk 4 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 153,9 milyon plastmassa və onlardan hazırlanan məmulatların ixracı 60,5  milyon, pambıq lifi ixracı 45milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,8 milyon, kimya sənayesi məhsullarının ixracı 26,5 milyon, elektrik enerjisinin ixracı 34,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 15,1 milyon, pambıq ipliyi ixracı 8,7 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,8 milyon ABŞ dolları, şəkər ixracı  4,5 milyon təşkil edib.

 

2020-ci ilin aprel ayında isə qeyri-neft sektoru üzrə ixrac 120 milyon ABŞ dolları təşkil edib. Bu ilin aprel ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (51,8 milyon ABŞ dolları), Türkiyəyə (17,8  milyon ABŞ dolları), Gürcüstana (15,9  milyon ABŞ dolları), İsveçrəyə (7,7 milyon ABŞ dolları) və Çinə (6 milyon ABŞ dolları) ixrac edilib.

 

2020-cu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 29,4 milyon ABŞ dolları)  birinci, elektrik enerjisi (16,4 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsindəistifadə olunmayan, digər emal olunmamış formalarda – 7,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir