Modern.az

Asəf Zeynallının məzarı təmizləndi - Foto

Asəf Zeynallının məzarı təmizləndi - Foto

Aktual

2 İyun 2020, 14:15

Bu gün dirijor Mustafa Mehmandarov və bir qrup musiqiçi dahi bəstəkar Asəf Zeynallının baxımsız qalan məzarını ziyarət ediblər. 

 

Modern.az xəbər verir ki, onlar məkan ətrafında təmizlik işləri aparıblar, qəbir üstünə gül dəstələri düzüblər. 

 

M. Mehmandarov sosial şəbəkədə fotolar paylaşaraq məzarın bundan öncə olan vəziyyətini az da olsa dəyişə bildiyini qeyd edib. 

 

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov isə APA-ya açıqlamasında bildirib ki, məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyatı dövlət qurumları məşğuldur: 

 

“Buna baxmayaraq biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq”.

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür