Modern.az

Naftalan şəhərində ölkəmizdə və regionda ilk “Little Free Library” kitabxanası açıldı - FOTO

Naftalan şəhərində ölkəmizdə və regionda ilk “Little Free Library” kitabxanası açıldı - FOTO

2 İyun 2020, 15:55

 

Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq doğma Naftalanımızda şəhər əhalisinin və şəhərimizə təşrif buyuran yerli və xarici turistlərin ixtiyarına verilib.

 

Modern.az xəbər verir ki, kitabxana www.littlefreelibrary.org Kitabxanalar reyistrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərəcək və ölkəmiz həmin saytın xəritəsində ölkələr sırasında yer alıb.

 

Əsas məqsəd əhali arasında kitaba daha çox bağlı olmaq və maarifləndirməkdir. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər bir nəfər üçün nəzərdə tutulub.

 

Xatırladaq ki, “İ Love Naftalan” adlanan həmin bölmə Regionda ilk kəs məhz Azərbaycanda - kurort şəhəri Naftalanda açılıbdır. Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan bu kitabxananın fəaliyyətinə şəhərdə fəaliyyət göstərəcək “Park Hotel Naftalan” dəstək olmuşdur.Burada hər bir oxucunun mütaliəsi üçün lazım olan kitabların məqsədyönlü şəkildə seçilməsinə kömək göstəriləcəkdir.Bütün bunlar əhalinin intellektual tələbatının ödənilməsi üçün mütaliənin sosial zərurətə çevrilməsini şərtləndirən amillərdəndir.

 

Kiçik kitabxanada Azərbaycan dili ilə yanaşı  Rus, İngilis və Türk dillərində hər yaşa uyğun kitablar sərgilənəcəkdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi