Modern.az

Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 28 ev tikilir

Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 28 ev tikilir

5 İyun 2020, 10:42

 

Şəhid ailələrinin, müharibə əlillərinin, veteranların və aztəminatlı ailələrin problemlərinin həlli, onların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və ehtiyac yarandıqda müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.

 

Bu istiqamətdə görülən tədbirlərin nəticəsi olaraq, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 28 yeni mənzilin tikilməsinə başlanılıb. 

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib. 

 

Deputat bildirib ki, cənab Prezidentin sərancamı ilə Lerik rayonunda 21 şəhid ailəsinə,7 isə Qarabağ müharibəsi əlilləri statusu olan 28 ailə üçün bu il həyətyanı ev tikilməsindən ötrü vəsait ayrılıb və tikinti işlərinə başlanılıb:

 

 

"Bu tikiləcək evlərin 6-sı Lerik şəhərində, 2-si Brkandul kəndində, 2-si Züvüc kəndində və qalan 18 ev isə Çayrud, Tatoni, Soru, Perzakucə, Orand, Cəngəmiran, Əvilə, Vizəzəmin, Buzeyir, Günəşli, Buruq, Mastail, Pirasora, Anbu, Siyov, Livədirqə, Vijaker, Akuşapeştə kəndlərinin hər birində 1 həyət evi olmaqla tikilib şəhid və Qarabağ müharibəsi əlilləri ailələrinə təhvil veriləcək. Cənab Prezidentə bütün Leriklilər və seçicilərim adından minnətdarlığımı bildirirəm. Xeyrli olsun".

 

Mail AĞAXANOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!