Arxiv
5 İyun 2020, 14:04 | AKTUAL
Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır  

Terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırım və deportasiyanın tək bir adı var: faşizm. Artıq dünya ictimaiyyətinə də sirr deyil ki, Ermənistanda faşizm ideologiyası dövlət səviyyəsində təbliğ edilir.

 

Modern.az xəbər verir ki, bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, bu ölkədə atisemitizmin, terrorizmin populyarlaşdırılması nəticəsində faşist Almaniyası ilə sız əməkdaşlıq etmiş erməni faşistlər və nasistlər qəhrəman kimi qələmə verilir, onlara abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə onların adları verilir. Hətta “njdeizm” adlı faşist ideologiyası Ermənistanda tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil faşizm “dəyərlər”i ruhunda tərbiyə edilir. Əslində bu tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı üçün yenilik deyil.

 

Faşist ideologiyasının Ermənistanda nəsildən-nəsilə ötürülən bir təbliğat olduğunu biz yaxşı bilirik. Artıq bu təbliğin motivlərini dünya ictimaiyyətinə də açıq şəkildə məlum oldu. Belə ki, bütün dünya birliyinin faşizm üzərində qələbəni böyük sevinc və fəxrlə qeyd etdiyi bir gündə Ermənistanda 20 minə yaxın sovet insanının, əsasən dinc vətəndaşların qanını tökən faşist cəlladının abidəsi önünə əklil qoyulması və baş nazirin babasının faşistlərə xidmət göstərdiyi haqqında təkzibedilməz faktların üzə çıxması bu ölkədə siyasi rejimin faşizm ideologiyasına xidmət etdiyini əyani şəkildə sübutu oldu. Onu da qeyd edək ki, erməni legionu njdenin başçılığı ilə Azərbaycanda minlərlə soydaşımızın günahsız qanını axıdıb, Zəngəzurda soyqırımı aparıb. 

 

Bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının yüksək səviyyəli Aşqabad görüşündə faktlarla bütün dünyanı erməni faşizminin mahiyyəti barədə məsuliyyətlə düşünməyə səsləmişdi. Ölkə Prezidenti İlham Əliyevin Qarabağın tarixi tarixi ilə bağlı əsaslı faktlara istinadən çıxışı, haqlı mövqeyi, hüquqi və siyasi bilgiləri dünya siyasətçilərini, mətbu orqanlarının diqqətini bir daha Dağlıq Qarabağ probleminə çəlb etməyi bacarmışdı. Prezident İlham Əliyev dünyanın gözü qarşısında, təkzibolunmaz faktlarla Paşinyanı ittiham edərək sübut etmişdi ki, Dağlıq Qarabağ əzəli, əbədi Azərbaycan torpaqlarıdır, işğalçı dövlət tərəfindən zəbt edilib. 

 

İyunun 3-ü Tərtərdə bir qrup idmançı ilə görüşündə Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev deyib: “Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub”. 

 

Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan mənfur qonşu ölkənin işğalçılıqda terrorçuluqda ustalıqları tarixi gerçəkliyimizdir. Ermənistanın rəhbərliyi aydın dərk etməlidir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. İşğalçı Ermənistan hakimiyyəti unutmasın ki, onların gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Sevinj, are this shame necessary for you?" 12 İyul 2020, 11:25 Pakistanda koronavirusa yoluxanların sayı 246 mini ötüb 12 İyul 2020, 11:20 Şəmistan Əlizamanlı və KORONAVİRUS 12 İyul 2020, 11:15 Gürcüstanda zəlzələ olub 12 İyul 2020, 11:12 ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri təxirə salına bilər 12 İyul 2020, 10:59 Dünyada koronavirusa yoluxan 565 min nəfər həyatını itirib 12 İyul 2020, 10:51 İsveçrə klubu karantinə alındı 12 İyul 2020, 10:48 Kürdəmirdə ata oğlunu güllələdi 12 İyul 2020, 10:38 Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı 12 İyul 2020, 10:28 Böyük Britaniyada virusdan ölənlərin sayı 44 min 798 nəfərə çatdı 12 İyul 2020, 10:22 Çində 5.1 maqnitudalı zəlzələ 12 İyul 2020, 10:18 Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46