Modern.az

Vüqar Səfərli ilə bağlı materiallar Baş Prokurorluğa GÖNDƏRİLDİ

Vüqar Səfərli ilə bağlı materiallar Baş Prokurorluğa GÖNDƏRİLDİ

11 İyun 2020, 12:05

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda” (KİVDF) aparılan yoxlamaların nəticələrilə bağlı materiallar Baş Prokurorluğa göndərilib.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Hesablama Palatasının mətbuat katibi Nailə Qazıyeva bildirib.

 

N.Qazıyevanın sözlərinə görə, materiallar araşdırılması üçün iyunun 10-da Baş Prokurorluğa təqdim olunub.

 

Modern.az-a daxil olan digər məlumata görə, V.Səfərli dövlətə vurduğu ziyana görə 100 min manatı hələ audit zamanı ödəyib.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı Direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib. Bundan sonra Hesablama Palatası qurumda yoxlamalara başlayıb.

 

Yoxlamalar nəticəsində vəzifəli şəxslərin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə noqsanlar aşkar edilib və bununla bağlı materialların "Hesablama Palatası haqqında" qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir