Arxiv
19 İyun 2020, 08:30 | TƏHSİL
Bizi hədəfləndiyimiz gələcək gözləyir - 90 yaşın mübarək, UNEC!

Ədalət Muradov

Azərbaycanın dünyada nüfuzu ilbəil artır. Bu, şübhəsiz ki, Ümummili Lider Heydər Əliyev startegiyasının təntənəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasətinin və liderliyinin uğurudur. Prezident İlham Əliyevin qəbul etdiyi strategiya və dövlət proqramları əsasında Ulu öndər Heydər Əliyevin dediyi kimi, “...təhsil sistemimiz xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qurulur” və Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban Əliyevanın təhsilə gündəlik qayğısı təhsilimizin uğurlarını şərtləndirən əsas amillərdəndir.

Çox zəngin tarixə sahib olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də 90 illik yubileyini uğularla qeyd edir. Universitetimizdə görülən hər bir uğurlu fəaliyyət, yeni–yeni layihələrin həyata keçirilməsi həm də günü-gündən möhkəmlənən güclü bir özülə əsaslanır. Bu, universitetin 90 illik təcrübəsi və tarixidir. Bu tarixi və təcrübəni bizə miras qoyan, universtitetimizin elm və təhsil ocağı kimi inkişafında vətanınmasında əvəzolnumaz rolu olan, ən çətin və mürəkkəb dövrlərdə həyatını universitetimizin güclənməsinə həsr edən, universitetimizin tarixinin hər bir dövründə, keçdiyi yolun hər bir mərhələsində onun uğurlarını təmin edən hər bir şəxsə dərin minnətdarlğımızı bildiririk. Vətənimiz, onun müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş əbədi məzunlarımızı və onların əziz xatirəsini fəxrlə yad edirik.

90 ildir ki, universitet ailəsinin hər bir üzvü öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməyə və daha böyük uğurlar naminə əzmlə çalışmışdır. Bugünkü universitetimizin nailiyyətlərinin əsasında məhz 90 ilin zəhməti və fədəkar əməyi dayanır.

1930-cu ildə yaradılan universitetimizin bir neçə dəfə adı dəyişdirildi, müstəqil və müxtəlif universitetlərin tərkibində fəaliyyət göstərdi. Yalnız bir şey dəyişməz qaldı: biz əzmlə çalışmağa davam etdik, vətənimizin inkişafına öz töhvəsini verən mütəxəssislər, dəyərli vətəndaşlar yetişdirdik. Artıq dünyanın hər bir guşəsində qürurduyduğumuz, elmi, zəkası, müasir, yaradıcı baxışı ilə seçilən məzunlarımızın sədası eşidilir.

90 illik yubileyinə Azərbaycan Dövlət İqtisad Universitetini brendləşdirdik. UNEC brendi Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Polşa, Litva, Latviya, Slovakiya və Xorvatiyada da rəsmi qeydiyyata alındı. Artıq UNEC həm də keyfiyyətli təhsil brendi kimi qəbul edilir.
Təhsildə ən müasir tendensiyalar nəzərə alınaraq Elektron Universitet modelini reallığa çevirdik. Elektron sənəd dövriyyəsini uğurla tətbiq etdik. Universitetimizə əcnəbilərin və təkrar ali təhsilə qəbulun ancaq internet üzərindən həyata keçirilməsi sistemini yaratdıq. Ən müasir texnologiyalarla təchiz olunmuş və 20 min tələbəyədistant təhsil vermək gücündə olan “UNEC Extern” distant təhsil mərkəzini istifadəyə verdik, proktoring sistemi və onun tətbiqi ilə on line imtahan sistemini tətbiq etdik.Tələb olunan arayışların, transkriptin və digər sənədlərin operativ alınması üçün “Vahid pəncərə” on-line sistemini qurduq və tələbələrin xidmətinə verdik.

Müəllimlər arasında rəqabəti gücləndirməklə tədqiqatların prioritetliyini təmin edən və müəllimlərin əmək haqqının formalaşmasında ciddi amilə çevrilən obyektiv və şəffaf reytinq sistemini yaratdıq. Əsasən pedaqoji fəaliyyətlə məşğul olanmüəllimlərlə ciddi tədqiqatlar aparan müəllimlərin fərqləndirilməsi məqsədilə “Tədqiqatçı müəlim” statusunu müəyyənləşdirən mexanizm qurduq.

Elmi potensialın reallaşdırılması üçün əlverişli mühit formalaşmaşdırdıq. UNEC-in ciddi tədqiqtlar aparan və tədqiqtaların nəticələrini beynəlxalq elmi bazalarda nəşr etdirən tədqiqat universitetinə transformasiyasında uğurlar əldə etdik. 1991-2020-ciillərdə UNEC-in “Web of Scinece” bazasına daxil olan bütün elmi əsərlərinin 80%-dən çoxunu məhz son 5 ildə təmin etdik. 30-dan çox tədqiqat mərkəzləri yaratdıq.

Nüfuzlu doqquz xarici universitetlərlə ikili diplom proqramının reallaşdırılmasına nail olduq. Bu gün universitetimizin məzunlarının Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) diplomu ilə bərabər həm də Linkoln (ABŞ), Montpellier vəİCD (Fransa), London İqtisadiyyat Məktəbinin (Böyük Britaniya), Mikolas Romeris (Litva), UBİS (İsveçrə), Ali İqtisad Məktəbi və Moskva Dövlət Humanitar və İqtisad (Rusiya Federasiyası) universitetlərinin də diplomunu qazana bilmələrini təmin etdik.

Universitetimizi ali iqtisad təhsilini ixrac edən universitetə çevirə bildik. UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərmək üçün yeganə xarici universitet kimi lisenziya aldı. Avropa İttifaqına üzv olan Yunanıstanda UNEC-i akkreditasiyadan keçirdik və Yunanıstanın Qərbi Makedoniya Universitetində birgə magistr proqramını reallaşdırdıq.

Zaqatalada universitetimizin filialının açılması və Maliyyə-İqtisad kollecinibnuniversitetimizin nəzdinə verilməsilə UNEC-in, demək olar ki, klasterləşməsi həyata keçirildi.

UNEC-i tələbə mərkəzli universitetə çevirə bildik. Tələbə özünüidarəetməsindəbyeniliklərə imza atdıq və tələbələrin seçdikləri “Tələbə Rektor”un bir il ərzində fəaliyyətini, “İqtisadçı tələbələrin elmi fəaliyyətinə yardım” İB, “İqtisadçıVətənpərvərlər Təşkilatı”, “UNEC könüllüləri”, “Rəqəmsal könüllülər” kimi 10-dan çox tələbə təşkilatlarının yaradılmasını təşviq etməklə onları universitet idarərtməsinəcəlb etdik. Tələbələrin asudə vaxtının səmərəli təşkilini həyata keçirən və özündə müxtəlif dərnəkləri birləşdirən “UNEC Yaradıcılıq Mərkəzi”nin, İdman Klubunun,“UNEC Radio”nun fəaliyyətini təşkil etdik.

UNEC-i həm də savadlı, bacarıqlı, tənqidi düşüncəli, kreativ gənclərin seçdiyi universitetə yüksəldə bildik. Prezident təqaüdçülərinin sayına görə Təhsil Nazirliyinin strukturuna daxil olan Ali təhsil Müəssisələri sırasında liderə çevrildik və orta keçid balının 436, o cümlədən ingilis dilində olan ixtisaslar üzrə 637 bala yüksəltdik.

MBA təhsilində ixtisasların və tələbələrin sayına görə liderliyə və bu təhsil üzrə ölkədə bütün tələbələrin təqribən 70 faizini cəlb etməyə nail olduq. UNEC Biznes Məktəbi ABŞ-ın Biznes Məktəblərinin İnkişafı Assosiasiyasının (AACSB) tam hüquqlu üzvlüyünə qəbul və ACCA tərəfindən akkreditasiya edildi.

Bütün tədris binalarında ən müasir tələblərə cavab verən kitabxanalar və 24/7 fəaliyyət göstərən kitabxana qurduq. 3000 tələbə üçün nəzərdə tutulmuş, hər gün saat 24:00-a qədər fəaliyyət göstərəcək 14 ən müasir laboratoriya ilə təchiz edilmiş, 24/7 fəaliyyət göstərən iki mərtəbəli kitabxanaya, müasir auditoriya fonduna və idman zalına malik olan, texniki və texnoloji ixtisas tələbələri üçün nəzərdə tutulmiş müasir tədris kompleksi inşa etdik.

İş dünyası ilə strateji əməkdaşlıq platforması olan UNEC2B reallaşdırdıq.Platformaya əsasən, UNEC həm də məzunlarını işə qəbul edən işəgötürənlər qarşısında 3 il ərzində ödənişsiz "servis xidməti” öhdəliyi götürdü.

UNEC-in uğurları beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmadı. Tarixndə ilk dəfə olaraq, 14 iyun 2016-cı ildə UNEC-in QS Reytinq Agentliyinin reytinq siyahısına daxil olmasına nail olduq. UNEC İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Regionu universitetləri arasında ən yaxşı ilk 200 universitet sırasına daxil oldu və regionun ən yaxşı 4-cü iqtisad yönümlü universitet seçildi. Dünya universitetlərinin veb populyarlığını müəyyən edən UniRank reytingində 2017-2020-ci illərdə UNEC hər il Azərbaycanın ən yaxşı ali məktəbi seçildi. Nüfuzlu “Webometrics” reytinqinə əsasən UNEC 2017-2020-ci illərdə “Google akademik istinadlarının sayı”na görə hər il Azərbaycanda birincidir.

“UI Green Metric World University Rankings” reytinq siyahısına görə UNEC2019-cu ildə dünya üzrə 432-ci, Azərbaycan üzrə isə 1-ci “yaşıl” universitet kimi tanındı.

22 aprel 2020-ci ildə “THE İmpact Ranking” açıqladığı reytinqdə UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycanda isə 1-ci yerə yüksəldi.

Avropa Komissiyasının təşəbbüsü ilə formalaşan U-Multirank bir neçə gün əvvəl açıqladığı reytingə əsasən UNEC iqtisadiyyat fənni üzrə artiq dünyanın 250 ən yaxşı universitetlərindən biridir.

Qocaman və nüfuzlu universitetimizin bir hissəsi olmaq həqiqətən qürurverici, sözlərlə ifadə edilə bilməyən nüfuzlu bir universitet dəyərini daşımaq fəxarətdir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) keçmişinə ehtiramla yanaşmaqla yanaşı, gələcəyinə böyük ümidlərlə baxırıq. İnanıram ki, universitetimizin zəngin təcrübəsini qoruyub artıracaq, yeni-yeni ideyaların müəllifi olacaq, daha böyük və müasir layihələri həyata keçirəcək və elmin yeni zirvələrini fəth edəcəyik. Bu yolda hər birimiz yorulmadan çalışmağa davam edəcəyik. Çünki bu yolun sonunda bizi hədəfləndiyimiz gələcək gözləyir. Hədəfimiz isə 2018-ci ildə qəbul etdiyimiz və özündə 7 strateji məqsəd və 31 strateji hədəfi ehtiva edən “UNEC-100” İnkişaf Strategiyasına əsasən UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 universitetlərindən birinə çevrilməkdir.

Əziz və dəyərli UNEC ailəsi, universitetimizin hər bir müəllim və əməkdaşı, hər bir məzunu və hər bir tələbəsi!

Bir daha hər birinizi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, vətənimizin və universitetimizin daha da inkişafı istiqamətində fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Qoy 90 illiyini qeyd etdiyimiz bu gün – daha böyük uğurun yeni bir başlanğıcı olsun...

90 yaşın mübarək, UNEC!

19 iyun 2020

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
25 yaşlı “Səhər” - Qulu Məhərrəmli: “Birinci verilişin həyəcanı hələ də yadımdadır” - MÜSAHİBƏ 14 Avqust 2020, 13:02 Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər - Nazirlik 14 Avqust 2020, 12:56 “Bandotdel”dən silah ƏMƏLİYYATI 14 Avqust 2020, 12:50 İcra nümayəndəsinin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 12:44 Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan olundu - SİYAHI 14 Avqust 2020, 12:38 Oğlu həbs olunan bələdiyyə sədri istefa verdi 14 Avqust 2020, 12:32 Azərbaycanda 83 körpə ev şəraitində doğulub 14 Avqust 2020, 12:26 Qarabağın Azərbaycanlı icması: "Ermənistanın bu azğın əməlləri..." 14 Avqust 2020, 12:20 Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI 14 Avqust 2020, 12:14 Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06 Bələdiyyə sədri cərimələndi 14 Avqust 2020, 10:00 Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi 14 Avqust 2020, 09:54 Neft yenidən bahalaşdı 14 Avqust 2020, 09:48