Modern.az

“190 manatlıq ödəniş iyun və iyul ayında da verilsin!” - Deputat məsələ qaldırdı, nazir cavab verdi - YENİLƏNİB

“190 manatlıq ödəniş iyun və iyul ayında da verilsin!” - Deputat məsələ qaldırdı, nazir cavab verdi - YENİLƏNİB

Parlament

19 İyun 2020, 12:58

“Əli Məsimlinin qaldırdığı məsələ hökumətin və dövlət başçısının diqqətindən kənarda deyil”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov işsizlərə verilən 190 manatlıq birdəfəlik ödənişlə bağlı deyib.

O bildirib ki, təxirə salınmadan müvafiq qərarlar qəbul ediləcək.


***

“Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik”.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir:

“Pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu