Arxiv
23 İyun 2020, 13:06 | MƏDƏNİYYƏT
“Koronavirus Allahın insanlar üçün İMTAHANIDIR” - İlahiyyatçıdan şok AÇIQLAMA: “Quranda da ayələr var”

İslamın şərtlərinə daxil olan 5 vacib əməldən biri də Həcc ziyarətidir. Belə ki,  maddi vəziyyəti və səhhəti yerində olan möminlər ömründə heç olmasa bir dəfə Kəbəni ziyarət etməlidir.

Lakin Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu il xaricdən ziyarətçi qəbul olunmayacağını, yalnız krallığın ərazisində olan müsəlmanların Məkkə və Mədinəni ziyarət edə biləcəklərini bildirib.


Buna görə də 2020-ci ildə yüz minlərlə zəvvarın Həcci ziyarət etmək arzusu ürəyində qalacaq.

Tarixə nəzər salsaq demək olar ki, Həcc ziyarəti çox az hallarda dünya müsəlmanlarına qapalı olub. Hansısa uzaq illərdə təbii fəlakətlər səbəbindən ziyarət təxirə salınıb və növbəti il üçün müsəlmanlar bu əməli icra etməli olublar.


Bəzi din adamları bu il dünyada yayılmış koronavirus pandemiyasının Allahın insanlara qəzəbi olduğunu və Həcc ziyarətinin də bu səbəbdən qapadıldığını iddia edir.

Doğrudanmı Həcc ziyarətinin ləğvi Tanrının qəzəbidir? Bu vacib əməli cari il üçün başqa əməllə əvəz etmək olar?


Məsələ ilə bağlı Modern.az-a danışan  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin də pandemiyanın Allah tərəfindən insanlar üçün göndərilən sınaq olduğunu deyib:


“Koronavirusun yayılması təbii yolladır, amma bu, heç də hadisənin mənəvi tərəfini inkar etmir.  İnsanların bəzən Allahı unutması səbəbindən təbii fəlakətin olması normaldır. Quranda da bu haqda ayələr var. Bu hadisələri imtahan kimi dəyərləndirmək olar. Yəni təbii fəlakət olan koronavirus pandemiyası Allahı xatırlatmaq üçün də ola bilər. Pandemiya şərait yaratdı ki, insanlar həyatlarını təkrar nəzərdən keçirsinlər. Bəşəriyyət gəldiyi yolu təftiş etməlidir. Yəni öz inkişafı ilə öyünən, fəxr edən bəşəriyyətin bir virusun əlində aciz qalması onu göstərir ki, dəyərlərə yenidən baxmaq lazımdır. Allahın da xəstəliklər vasitəsi ilə insanları imtahan etməsi, mesaj göndərməsi normaldır. Amma onu da deyim ki, bəziləri bu haldan istifadə edib sensasiyalı məlumatlar yayır ki, dünyanın axırı gəldi və s. Belə şeyin heç bir elmi, dini əsası yoxdur. Sadəcə, yaşadığımız durumdan dərs almalıyıq”.

 

İlahiyyatçı “Həcc ziyarətini heç nə ilə əvəz etmək olmaz”,- deyə bildirib:

 

“Həcc ziyarəti müsəlmanlar üçün vacib buyrulub. İmkanı olan insanlar ömründə bir dəfə bu ziyarəti həyata keçirilməlidir. Hazırda pandemiya olduğu üçün Həcc ziyarətini yerinə yetirmək olmaz. Çünki Quranda da buyrulub ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın, əgər Həcc ziyarəti yolunda təhlükə varsa, müsəlman bu ziyarətə geməməlidir. Bu il də vəziyyət nəzərə alınaraq, xaricdən gələn zəvvarlar üçün ziyarət təxirə salındı. Bu halı insanlar anlayışla qəbul etməlidir. Ziyarət vacibdir, amma sağlamlıq da vacibdir. İmkanı olan şəxslərin boynunda bu vacib əməl qalır və növbəti illərdə ziyarət icra edilməlidir. Yəni ziyarəti yerinə yetirməmiş şəxslər xeyirxah işlər görə bilər, amma bu əməli heç nə əvəz etməz. O ki qaldı Həcc ziyarətinə 2 və 3-cü dəfə getmək istəyən insanlara, onlar  xərcləyəcəyi vəsaiti cəmiyyət üçün faydalı olacaq işlərə ayıra bilərlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 20 İyun 2021, 10:23 Sarkisyan səs verdi: Paşinyan görünmür... 20 İyun 2021, 10:20 "Aylı gecələr"də doğulan "Dan ulduzu": Cahangir Cahangirov - 100 20 İyun 2021, 10:16 Novxanı-Mazasır yolunda qəza: xəsarət alanlar var 20 İyun 2021, 10:09 İsveçdə 100 min nəfərlik saxta test qalmaqalı 20 İyun 2021, 09:58 Çavuşoğlu: “Erməni terroruna inad diplomat oldum”  20 İyun 2021, 09:49 Bayden İsrail prezidenti ilə görüşəcək 20 İyun 2021, 09:38 Belçikada məktəb binası çökdü: ölənlər var 20 İyun 2021, 09:28 Bolnisidə silahlı insident: abxaz gənc öldürüldü 20 İyun 2021, 09:20 Peterburqda son 116 ilin rekord istisi: daha da artacaq... 20 İyun 2021, 09:14 Türkiyə millisi İsveçrəyə qalib gəlsə... - AVRO-2020-də bu gün 20 İyun 2021, 09:10 Bakıda yaşlı qadın meyiti tapıldı 20 İyun 2021, 09:05 Bayden 13 yaşlı itinin ölümü ilə bağlı açıqlama verdi - FOTOLAR 20 İyun 2021, 08:58 Seçim günü gəldi: ermənilər qutudan nə çıxaracaq? 20 İyun 2021, 08:54 Bu gün dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçiriləcək 20 İyun 2021, 08:43 Bakı Şuşa Bəyannaməsi ilə Rusiya qarşısında şərt qoya bilər 20 İyun 2021, 08:40 Ermənistanın taleyi həll olunur: Növbədənkənar seçki başladı 20 İyun 2021, 08:19 Müdafiə Nazirliyi Ermənistanın verdiyi xəritələrlə bağlı MƏLUMAT YAYDI 20 İyun 2021, 08:08 İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?