Arxiv
25 İyun 2020, 18:20 | ÖLKƏ
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

Baş Nazir Əli Əsədov “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun ......tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

 

Modern.az həmin qərarı təqdim edir:

 

"“Sanitariya-epidemioloji salamatlıq haqqında”Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1.6-cı bəndin birinci cümləsində “göndərməlidirlər” sözü “göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər” sözləri ilə əvəz edilsin və həmin cümləyə “məlumatlar” sözündən sonra “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:

“1.7-1. “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

1.7-1.1.tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

1.7-1.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;

1.7-1.3. giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

1.7-1.4. “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:

1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçd edilir;

2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;

3. icazənin növü seçilir (1 və ya 2);

4. “Göndər” düyməsi sıxılır;

1.7-1.5. “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;

1.7-1.6. “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.

3. 1.8-ci bəndin birinci cümləsinə “SMS-məlumatda” sözlərindən sonra “və ya E-Təbib” mobil tətbiqində” sözləri əlavə edilsin.

4. 1.9-cu bəndin birinci cümləsinə “göndərilməsi” sözündən sonra “və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazənin alınması” sözləri və ikinci cümləsinə “göndərilmədən” sözündən sonra “və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan” sözləri əlavə edilsin.

5. 1.10-cu bənddə “və SMS göndərilməsi” sözləri “, SMS göndərilməsi və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri ilə əvəz edilsin.

6. 4-cü hissəyə “SMS sistemi” sözlərindən sonra “və ya “E-Təbib” mobil tətbiqi” sözləri əlavə edilsin.

7. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. Müəyyən edilsin ki:

6.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır;

6.2. bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır;

6.3. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00 Ünvanlı sosial yardıma edilən dəyişiklilər qüvvəyə mindi  14 İyul 2020, 18:51 Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq 14 İyul 2020, 18:42 Ermənilərin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi - Fotolar+Video 14 İyul 2020, 18:33 Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilDi- FOTO 14 İyul 2020, 18:25 Ermənistan ordusunun daha 2 hərbçisi məhv edildi - ADLAR 14 İyul 2020, 18:18 Dolların məzənnəsi sabit qaldı 14 İyul 2020, 18:12 "Azərbaycanın yanında durmağa davam edəcəyik” - Türkiyənin Müdafiə naziri 14 İyul 2020, 18:06 Xınalığa leysan yağdı - Faktiki  hava 14 İyul 2020, 18:00