Arxiv
27 İyun 2020, 16:15 | MƏDƏNİYYƏT
Vasif Qafarov: sənədlər biznesi, yaxud tarixçi mövqeyi

Tarixçi Vasif Qafarovun bir neçə gün əvvəl “Spase” televiziya kanalındakı “Sadə həqiqətlər” verilişindəki qalmaqallı çıxışı cəmiyyətin ən müxtəlif təbəqələri, o cümlədən alimlər və naşirlər arasında böyük narahatlıq və suallar doğurub. Xüsusilə elmi ictimaiyyət böyük və ciddi elmə hələ indi qədəm qoymaq iddiasında olan bu tədqiqatçının öz çıxışı ilə bağlı üzləşdiyi ictimai qınaqdan nəticə çıxaracağını, ən yaxşı halda üzrxahlıq edəcəyini, heç olmasa susacağını və bu məsələnin elmi dairələrdə mütəxəssislərin iştirakı ilə yoluna qoyulacağını gözlədiyi halda “Qəhrəman” yenidən televiziya ekranında “həqiqət” axtarışına çıxıb, “mübarizəsini davam etdirmək”, guya üzləşdiyi “təhqir və təhdidlərə” cavab vermək qərarına gəlib.

 

Bu məqam, Osmanlı arxivinin Azərbaycanla bağlı sənədlərinin kimlər tərəfindən, hansı şəraitdə əldə edildiyi və nəşrə hazırlandığı məsələləri ilə bilavasitə məlumatlı insanların ən azı mənəvi-etik və əxlaqi baxımdan narahatlığını daha da artırıb. Digər tərəfdən, həmin sənədlərdən bu gün qərəzli niyyətlərlə istifadə etmək, Cümhuriyyət tarixinin, onun bütün ciddi tədqiqatçıları üçün tam aydın olan səhifələrini guya “sənədlərin dili ilə” yenidən gündəmə gətirərək “mübahisə obyektinə” çevirmək, beləliklə Cümhuriyyət qurucularının xidmətlərini bilərəkdən “sual” altına qoymaq və onları etmədikləri “günahlarda” təqsirləndirmək, nüfuzdan salmaq cəhdləri göz qabağındadır. Bu cəhdlərin Azərbaycan tarixçilərinin indiyədək elmi fəallığına görə qiymətləndirdiyi, təlaş doğuran bəzi addımlarına və nəzərlərinə göz yumaraq, ciddi alim kimi yetişəcəyinə ümid bəslədiyi bir tədqiqatçı tərəfindən edilməsi xüsusilə dərin həyəcan doğurur. Məhz bu məqam, tarixi həqiqət, elmi yanaşma, alim məsuliyyəti və ziyalı əxlaqı nəzərindən bir qrup tarixçi-alimlərin son günlər öz aralarında müzakirə etdiyi məsələlərin geniş ictimaiyyətin müzakirəsinə çıxarılmasını zəruri edir.

 

Azərbaycan tarixşünaslığının bu günü və gələcəyi üçün sınaq nöqtəsi səviyyəsinə qaldırılan və “televiziya şousu” formatında gündəmə gətirilən bu məsələnin “qəhrəmanı” Vasif Qafarovun qarşısına hələ ki, konkret suallar qoyularaq, onun “Spase” kanalındakı bu günkü çıxışında əvvəlcə onları cavablandırması xahiş olunur:

 

Vasif Qafarov:

 

- Osmanlı arxiv sənədlərini özü oxuya bilirmi və özünün dediyi kimi 12 mindən artıq (160-180 min səhifəlik ) sənədləri nə zaman müddətində oxuyub, latın qrafikasına çevirib, tədqiqatlar yazıb, toplular şəklində nəşr etdirə bilib ? Nə üçün respublikamızda orta əsrlərdən başlayaraq Osmanlı dili, yazısı, üslubu və s. üzrə cəmi 2-3 nəfər tanınmış osmanlışünaslar, eləcə də Türkiyədə Osmanlı sənədləri və həmin dövrün mətbuatı üzrə mütəxəssislərin heç biri bu adamın adını belə bilmir, yaxud onu həmin sahədə az-çox təcrübəli adam kimi də tanımır?

 

- Türkiyənin Devlet Arşivleri Başkanlığı Osmanlı Baş Bakanlığı Osmanlı Arşivi, ATASE arxivlərində istənilən dövr və mövzu üzrə arxiv tərəfindən müəyyən edilmiş məbləğ müqabilində sənədlər toplanması xidmətindən istifadə edibmi ?

 

- Yenə həmin arxivlərdə müəyyən edilmiş məbləğ müqabilində həmin sənədlərin Osmanlı əlifbasından latın qrafikasına köçürülməsi xidmətindən istifadə edibmi?

 

- Əgər bu xidmətlərdən istifadə edibsə (arxivlərdə bu məlumatlar var), o xidmətlərin pulunu kim və ya hansı təşkilat ödəyib?

 

- Bu xidmətlərin ödənilməsi daxil olmaqla sənədlərin gələcək nəşri üçün TEAS nəşriyyatına təqdim etdiyi layihələrin və alacağı qonorarla bağlı müqavilələrin surəti özündə vardırmı?

 

- Həmin layihələrə görə yalnız sənədlər üçün üst-üstə 6 rəqəmli ABŞ dolları miqdarında qonorar aldığına dair (hər kitab üzrə on minlərlə dollar və digər xərclər üçün) imza etdiyi müqavilələrin surətləri özündə vardırmı?

 

- Bu məbləğlərdən Dövlət vergisi ödəyibmi?

 

- Qiyas Şükürovun adı ona tanışdırmı ?

 

- Əgər sənədlərlə bağlı əməliyyatları həmin şəxslə birgə görüblərsə, nə üçün heç olmasa bir dəfə də, bu işdə daha çox zəhməti olmuş həmkarının adını belə çəkmir ?

 

- TEAS nəşriyyatı bu sənədləri hazırlayıb və öz vəsaiti hesabına nəşr edərkən bu işdə digər alimlərin və şəxslərin nə qədər zəhməti keçdiyindən xəbəri varmı? Elə isə niyə öz “şücaətlərindən” bəhs edərkən bu həmkarlarının adını belə çəkmir?

 

- TEAS-a satdığı həmin sənədləri sonradan bir daha Azərbaycan Prezidenti yanında ELM fonduna neçəyə satıb? ELM fondu bu sənədlərin artıq dərc olunduğunu araşdırıbmı?

 

- TEAS-dan Cümhuriyyət tarixinə dair sənədlərə görə aldığı fantastik məbləğdə qonorarlar hesabına doğulduğu Lerik rayonunda açdığı ferma biznesində hansı problemlər yaranıb ki, həmin sənədləri bir daha - bu dəfə Cümhuriyyət tarixini qaralamaq, onun liderlərinə böhtan atmaq kimi qərəzli bir məqsədlə - özünün yeni biznes obyektinə çevirir?

 

- Burada, Vasiv Qafarovun istənilən halda bu və ya digər səviyyədə zəhmət çəkdiyi, Cümhuriyyətin 100 illiyinə öz töhfəsini vermək istəyən TEAS müdiriyyətinin bu hədsiz arzusu qarşısında əsl biznesmen inadı ilə sona qədər öz qoyduğu qiymət üzərində duraraq sövdələşmə məharəti, aldığı pulu istədiyi kimi xərcləmək haqqı olduğu kimi müddəalar irəli sürülə bilər. Yəni, yalnız biznes – başqa heç nə!

 

Amma, həmin biznesin gedişində Vasif Qafarovun artıq tədqiqatçı-alim kimi bir sıra naqis hərəkətləri də üzə çıxırdı. Bu dövrü yalnız sənədlər toplusu kimi deyil, həm də araşdırıcı kimi öyrənmək məqsədi ilə işə başlayan gənc tarixçi 2011-ci ildə “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi(1917-1922)” adlı kitabını nəşr edir və mütəxəssislər, o cümlədən türkiyəli tarixçilər bu monoqrafiyanın türkiyəli alim Enis Şahinin hələ 2002-ci ildə Anlkarada nəşr olunmuş “Trabzon və Batum konferansları antlaşmaları. 1917-1918-cı yıllar” kitabı ilə hədsiz “oxşarlığını” dərhal üzə çıxarırlar. Öz kitabında Türkiyəli müəllifin bu əsərini heç “Ədəbiyyat” siyahısına belə daxil etməməsi çox məsələləri açıqlasa da, azərbaycanlı alimlər gənc həmkarını elmi yolunun başlanğıcında rüsvay etməkdən çəkinirlər.

 

Beləliklə, qədəm qoyduğu yoldakı bu ilk “addımına” nəinki “qırmızı”, hətta “sarı” deyil, “yaşıl” işıq alan gənc tədqiqatçı “inamla” irəliləməyə başlayır, Osmanlı sənədlərinin təsnifi, izahı, tətbiqi, istifadəsi sahəsində ciddi alim adı ilə sığışmayan açıq-aydın yanlışlıqlara və kobud təhriflərə yol verir. Bu zaman onun nəinki sənədi hərfi mənada oxuya bilmədiyi, ümumiyyətlə diplomatik sənədi “oxumaq”, sətiraltı mənaları tutmaq, onları digər sənədlərlə müqayisə etmək, etibarlılıq dərəcəsini müəyyənləşdirmək və s. bu kimi arxiv sənədləri ilə işləyən hər bir tarixçi üçün mühüm olan peşəkarlıq qabiliyyətinə malik olmadığı üzə çıxır. Təbii ki, işin bu həddə çatmasında bu tarixçiyə "yaşıl işıq" verənlərin də məsuliyyət məsələsi durur və yəqin ki, bu məsələ də ayrıca ciddi müzakirə obyekti olacaqdır.

 

Burada isə, Cümhuriyyət tarixinin bu yeni “ittihamçısına” hələlik yalnız suallar verildiyini nəzərə alaraq, tarixçi alimlərimiz bu sonuncu müddəalarını, əlbəttə ki, televiziya kanallarının “Sadə həqiqətlər” kimi Şou proqramlarında deyil, akademik müstəvidə sübut etməyə hazır olduqlarını bildirirlər.

 

İndi isə qoyulan suallara hamı cavablar gözləyir, Vasif Qafarov…

 

SOLMAZ TOHİDİ,

tarix elmləri doktoru, professor

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkə Tovuz istiqamətindəki döyüşlərə görə Ermənistanı DƏSTƏKLƏDİ 15 İyul 2020, 01:03 ATƏT sədri cəbhədə artan gərginliklə bağlı bəyanat verdi 15 İyul 2020, 00:56 Ermənistan Azərbaycan Ordusunun dinc sakinləri hədəfə almadığını ETİRAF ETDİ 15 İyul 2020, 00:45 "WhatsApp"da problem yarandı 15 İyul 2020, 00:43 Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilər - FOTO 15 İyul 2020, 00:33 Şəhid General-mayorumuzla vida mərasimi keçirildi 15 İyul 2020, 00:30 Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09