Modern.az

İrlandiyanı iki Baş nazir idarə edəcək

İrlandiyanı iki Baş nazir idarə edəcək

Dünya

29 İyun 2020, 11:56

İrlandiyada “Fianna Foyl” partiyasının lideri Mixol Martin parlamentin Dublində keçirilən xüsusi sessiyasında ölkənin yeni Baş naziri seçilib. Siyasətçi hələ ilin əvvəllərində baş tutumuş seçkilərin nəticələrinə əsasən, yaradılmış üçpartiyalı koalisiyaya rəhbərlik edəcək.


Modern.az xəbər verir ki, koalisiyaya üç siyasi qüvvə - sağmərkəzçi “Fianna Foyl”, Leo Varadkarın başçılıq etdiyi liberal-konservativ “Fine Gel”, həmçinin İmon Rayanın rəhbərlik etdiyi Yaşılların partiyası daxildir.

Radikal “Şinn Feyn” partiyası seçkilərin nəticəsinə görə, ikinci yeri tutsa da, koalisiya hökumətinə dəvət edilməyib. Koalisiya sazişinə əsasən, iki aparıcı partiyanın liderləri nazirlər kabinetinə növbəli şəkildə - hərəsi iki il yarım olmaqla rəhbərlik edəcəklər. İmon Rayna isə hökumətdə yüksək vəzifə təklif edilib. 


Yeni baş nazir 59 yaşlı Mixol Martin ixtisasca müəllimdir və müxtəlif dövrlərdə təhsil, səhiyyə və sahibkarlıq nazirləri vəzifəsində çalışıb, bir müddət Korka şəhərinin meri olub.           

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı