Arxiv
29 İyun 2020, 12:08 | MEDİA
“Şirməmməd Hüseynov mükafatı”na 15 namizəd var

““Şirməmməd Hüseynov mükafatı”nın qalibinin adı yaxın zamanlarda açıqlanacaq".


Bunu Modern.az-a Parlament Jurnalistləri Birliyinin (PJB) sədr müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib. O qeyd edib ki, namizədlərin müəyyənləşdirilməsi məqsədilə Ekspert Komissiyasının üzvləri tərəfindən namizədlərin irəli sürülməsi prosesi artıq başa çatıb:

 

“Şirməmməd Hüseynov mükafatı” ilə bağlı təşəbbüsümüz bütün media cameəsində, o cümlədən Şirməmməd Hüseynova dəyər verən cəmiyyətin hər bir üzvü tərəfindən rəğbətlə qarşılandı.

PJB İdarə Heyətinin 12 noyabr 2019-cu il tarixli qərarı ilə qəbul edilən Əsasnamədə qeyd olunur ki, “Şirməmməd Hüseynov mükafatı”nın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir. “Şirməmməd Hüseynov mükafatı” fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafında yüksək xidmətləri olmuş, jurnalistikanın tədrisi sahəsində mühüm nailiyyətlər əldə etmiş şəxslərə, peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlərə, ziyalılara verilir. Ancaq Şirməmməd müəllimin adına təsis edilən mükafat yalnız ölkəmizin hüdudlarını əhatə etməyəcək.

Azərbaycanın milli və dövlət maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil edən əcnəbi vətəndaşlar, görkəmli elm xadimləri, tarixi araşdırmaçı və tədqiqatçılar, Azərbaycanın ictimai-ədəbi mühtində nüfuz qazanmış şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri də mükafatı qazanmaq üçün namizəd ola bilərlər.

Bu mükafatı heç şübhəsiz ki, Azərbaycana hansısa şəkildə xidmətin qarşılığında qazanmaq mümkün olacaq".

 


E.Paşasoy mükafatın verilməsi ilə bağlı Şirməmməd Hüseynovun ailəsi ilə də əlaqə yaradıldığını və mükafatın dekabr ayında təqdim olunacağını deyib:


"Qaydalara uyğun olaraq namizədləri konkretləşdirməyəcəyəm. Amma deyə bilərəm ki, mükafata layiq görülmək üçün təklif olunan namizədlərin sayı 15 nəfərdir. Onların hər biri mükafatı qazanmağa layiqdir. Ancaq qaydalara görə, mükafat ildə bir dəfə, yalnız bir namizədə verilir.

Belə ki, Ekspert Komissiyası gizli səsvermə yolu ilə namizədliyi irəli sürülmüş şəxslər sırasından mükafata namizədləri seçib PJB İdarı Heyətinə təqdim edir. PJB İdarə Heyəti qalibi müəyyən edir.

Qaydaya əsasən, namizədlərin adları PJB İdarə Heyətinin müvafiq qərarı ilə təsdiqləndikdən sonra açıqlana bilər. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, mükafata layiq namizədlər sırasında Azərbaycan vətəndaşı olmayan, amma böyük xidmətləri olan ziyalıların da adları var. Yəni ki, mükafatla bağlı maraqlananlar az deyil.

Qeyd etdiyim kimi, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı onun ailəsi ilə də müzakirələr aparmağı özümüzə mənəvi borc bildik.

Ustadın ömür-gün yoldaşı Ülkər xanımla telefon əlaqəsi saxlayıb ətraflı danışmışıq. Çox təəssüflər olsun ki, pandemiyanın ortaya qoyduğu reallıqlar səbəbindən Ülkər xanımla şəxsən görüşüb onu ziyarət etmək imkanımız olmadı. Ülkər xanım təşəbbüsü dəstəkləməklə yanaşı, xeyir-duasını da verdi. Mükafatın və onun diplomunun hər il 22 iyul Milli Mətbuat günü ərəfəsində qalibə təqdim olunması barədə ümumi razılaşmamız var idi. Ancaq Ülkər xanım arzusunu dilə gətirdi, o, mükafatın Şirməmməd müəllimin anadan olduğu gün – 17 dekabrda - təqdim olunmasını istədi. Biz də razılaşdıq.

Əmin edirik ki, “Şirməmməd Hüseynov mükafatı”nın qalibləri hər kəs tərəfindən məmnunluqla qarşılanacaq, Ustadımızın ruhu şad olacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00 Ünvanlı sosial yardıma edilən dəyişiklilər qüvvəyə mindi  14 İyul 2020, 18:51 Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq 14 İyul 2020, 18:42 Ermənilərin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi - Fotolar+Video 14 İyul 2020, 18:33 Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilDi- FOTO 14 İyul 2020, 18:25 Ermənistan ordusunun daha 2 hərbçisi məhv edildi - ADLAR 14 İyul 2020, 18:18