Arxiv
29 İyun 2020, 15:25 | MEDİA
ANS-in koronavirusla bağlı 7 il öncəki XƏBƏRİ - Jurnalist: “Montaj deyil” - VİDEO

7 il əvvəl ANS TV-nin efirindən koronavirusla bağlı səsləndirilən xəbərin videoyazısı gündəmin müzakirə mövzusuna çevirilib.


Xəbərdə deyilir:


“Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır, yeni ölümcül virus yayılır. İnsandan insana keçə bilən virus 10-dan çox insnanın həyatına son qoyub. Virusun xüsusilə yaşı 60-ı ötən kişilərdə ağır keçdiyi bildirilir. Virusa qarşı effektiv dərman yoxdur. Alimlər virusun yaranma ocaqlarını və onun insana yoluxma yollarını hələlik aşkarlaya bilməyib”.


Ardınca verilən süjetdə xəstəliyin əsas əlamətləri kimi yüksək hərarət, öskürək, boğulma və tənəffüs çatışmazlığı qeyd edilir. Eynilə COVID-19-un əlamətləri kimi...


Bəziləri videonun montaj olduğunu iddia edir. Videogörüntünün həqiqiliyinə inananlar isə 7 il ərzində vaksin hazırlamadığına görə Ümumdünya Səhiyyə Təşkilatını ittiham edib.


Sözügedən videoyazıda xəbəri jurnalist Afət Telmanqızı səsləndirib.


Məsələ ilə bağlı Modern.az-a açıqlama verən A.Telmanqızı videonun real olduğunu bidirib:


“Bu, ANS-in 2013-cü il may ayında “Xəbərçi”də efirə getmiş kadrlarıdır. Bu videoda montajdan söhbət gedə bilməz. Həmin vaxt virusun heyvandan insana keçməsi məsələsi gündəmdə idi. Əgər kadrdan sonra reportaj verilir, reportajın üstündə də koronavirusla bağlı titr gedirsə, burada montaja yer qalmır.

Videogörüntüdə 2013-cü ildə dünyanı bürüyən virusdan bəhs edilir. Görünən odur ki, indiki COVID-19 həmin virusun başqa bir növüdür”.

 

Jurnalist deyir ki, xəbərin oxunması təsadüfən onun efir vaxtına düşüb:


“Bu xəbəri də oxumaq mənim payıma düşüb, bilmirəm təsadüfdür ya nə, hər halda belə alınıb. Dünəndən sosial şəbəkələrdə geniş müzakirə edilən videonu izləyən dostlarım zarafatla deyir ki, “koronavirus sənin işlərindir””.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu marşrut xəttinin hərəkət sxemi dəyişdirildi 27 Fevral 2021, 14:11 “Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir 27 Fevral 2021, 14:02 Yunanıstanda Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib 27 Fevral 2021, 13:58 “Israel Hayom” qəzeti: Azərbaycanlılar ermənilərin törətdiyi qırğını heç vaxt unutmayacaq 27 Fevral 2021, 13:54 Avropanın müxtəlif məscidlərində Xocalı qurbanlarının xatirəsinə dualar oxunub 27 Fevral 2021, 13:51 Gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya kanalının Ağdamdan REPROTAJI 27 Fevral 2021, 13:39 "Euronews" Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb – VİDEO 27 Fevral 2021, 13:34 Əfv komissiyasının iclası: 100-dən çox müraciətə baxıldı 27 Fevral 2021, 13:31 Prezident ona fərdi təqaüdü verəcək 27 Fevral 2021, 13:25 Əli Əsədov sərəncam İMZALADI 27 Fevral 2021, 13:19 Xarici jurnalistlər Füzulidə minatəmizləmə işləri ilə tanış oldu - VİDEO 27 Fevral 2021, 13:10 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib 27 Fevral 2021, 13:06 Xarici jurnalistlər Füzuli və Cəbrayıldakı erməni vəhşiliyin öz gözləri ilə gördü 27 Fevral 2021, 12:53 Türkiyədə məktəblər bu tarixdə açılır 27 Fevral 2021, 12:46 Floridada Xocalı qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb 27 Fevral 2021, 12:37 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub 27 Fevral 2021, 12:29 Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı 27 Fevral 2021, 12:21 Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilib 27 Fevral 2021, 12:14 Bazar günü 16 dərəcəyədək isti olacaq 27 Fevral 2021, 12:03 Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI 27 Fevral 2021, 11:53 Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb 27 Fevral 2021, 11:39 Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır – Mehr agentliyi 27 Fevral 2021, 11:37 Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ 27 Fevral 2021, 11:16 Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır   27 Fevral 2021, 11:01 Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb 27 Fevral 2021, 10:53 Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 27 Fevral 2021, 10:42 Bu il şəhid ailələrinə və müharibə əlillərinə nə qədər ev veriləcək? - AÇIQLAMA 27 Fevral 2021, 10:33 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 27 Fevral 2021, 10:17 Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq 27 Fevral 2021, 10:01 Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH 27 Fevral 2021, 09:54 ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib 27 Fevral 2021, 09:38 İTBAŞI (17-ci bölüm) 27 Fevral 2021, 09:37 Cəsur döyüşçülər: “Əsir götürdüyümüz erməni deyirdi ki, “Azərbaycan əsgərini belə bilmirdik”” - FOTOLAR 27 Fevral 2021, 09:28 Səudiyyə vəliəhdi jurnalistin qətlinə göstəriş verib – ABŞ kəşfiyyatı 27 Fevral 2021, 09:22 Təyyarə qəzası: 3 ölü 27 Fevral 2021, 09:07