Arxiv
2 İyul 2020, 10:18 | AKTUAL
DİM pulsuz onlayn sınaq imtahanı keçirir

Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan “ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə növbəti ödənişsiz sınaq imtahanı keçirilib.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, imtahanlarda iştirak etmək üçün müraciət 25-29 iyun tarixlərində DİM-in saytı vasitəsilə aparılıb 424 nəfər qeydiyyatdan keçib.

Lakin imtahanda 120 nəfər iştirak edib. Çox təəssüf ki, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq bu imtahana təsadüfi yazılan və imtahanda iştirak etməyən şəxslərin sayı daha çox olub. Bir daha xahiş edirik ki, növbəti imtahanlara qeyd edilən vaxtda imtahanda iştirak etmək imkanı olan, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanını verməli olan şəxslər yazılsın.

Xatırladırıq ki, istifadəçilər imtahandan öncə kompüterlərində proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə diqqətlə tanış olmalıdırlar. Əks halda imtahanı vermək mümkün olmur.

İstifadəçilər, həmçinin “ProctorDİM” proqramını yükləyib kompüterlərinə quraşdırmalıdırlar (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

Gələcəkdə keçirilməsi nəzərdə tutulan real imtahanda yalnız sınaq imtahanında iştirak etmiş və onu başa çatdırmış, kompüterində lazımi proqram və sistem tələbləri quraşdırılmış şəxslər iştirak edə biləcəklər.

 

İyunun 30-da keçirilən imtahanda 25 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib. Bu imtahanda bəzi istifadəçilər üçün Zoom proqramı ilə nəzarətçilərlə əlaqə saxlamaq imkanı yaradılıb və canlı bağlantı vasitəsilə prosesə nəzarət edilib.

İstifadəçilər proqram vasitəsilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını veriblər.

Proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alırlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səfir: “Koçaryan-Sarkisyan cütlüyü küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28 ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI 28 Yanvar 2021, 13:22 Şəhid anasının müraciəti yerində araşdırıldı - FOTO 28 Yanvar 2021, 13:16 Samux və Sabirabad sakinlərindən narkotik götürüldü 28 Yanvar 2021, 13:10 Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ 28 Yanvar 2021, 13:04 Bakıda mağazadan oğurluq edildi 28 Yanvar 2021, 12:58 Sabah hava necə olacaq? - PROQNOZ 28 Yanvar 2021, 12:52 Azərbaycan Rusiyadan qaytarılan pomidoru Körfəz ölkələrinə SATDI 28 Yanvar 2021, 12:46 Navalnının mitinqində məşhurlaşan oğlan TUTULDU 28 Yanvar 2021, 12:46 Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü - FOTO 28 Yanvar 2021, 12:42 Naftalanda aztəminatlı ailələrə yardım paylanılıb 28 Yanvar 2021, 12:37 Ermənistan Minsk Qrupunun regiona səfərini GÖZLƏYİR 28 Yanvar 2021, 12:32 Postmüharibə dövrünün Azərbaycan Ordusu - Hansı islahatlara ehtiyac var... 28 Yanvar 2021, 12:30 Ombudsman uşaq evində nöqsanlar aşkarladı 28 Yanvar 2021, 12:26 Erməni katolikosu Azərbaycandan Roma Papasına ŞİKAYƏT EDƏCƏK 28 Yanvar 2021, 12:22 Daxili Qoşunların Şuşada şəhid olan baş əsgəri 28 Yanvar 2021, 12:20 Təhsil naziri bu tarixdə vətəndaşların suallarına CAVAB VERƏCƏK 28 Yanvar 2021, 12:19 Mehriban Əliyevanın təşəbbüsü İspaniyada mükafata layiq görülüb 28 Yanvar 2021, 12:15 Azərbaycanda vəhşi heyvan və quşların sayı artıb 28 Yanvar 2021, 12:12 Prezident iki məktəbdəki şəraitlə tanış oldu - FOTO 28 Yanvar 2021, 12:09 Azərbaycandan 202 milyon dollarlıq pomidor ixrac olunub 28 Yanvar 2021, 12:06 Təhsil naziri pakistanlı səfirlə görüşdü - FOTO 28 Yanvar 2021, 12:03 Yusif Abdullayev: “Xarici investorların cəlbi üçün srtategiya hazırlanır”   28 Yanvar 2021, 12:00