Modern.az

"ChatGPT"də nasazlıq yarandı

"ChatGPT"də nasazlıq yarandı

Aktual

19 İyul 2026, 21:28

"OpenAI" şirkətinin "ChatGPT" çat-botunun işində genişmiqyaslı nasazlıq baş verib. Bir sıra ölkələrdən olan istifadəçilər xidmətdən istifadə zamanı problemlərlə üzləşdiklərini bildiriblər.

Modern.az xəbər verir ki, nasazlıq barədə məlumatlar "Detector404" və "Downdetector" monitorinq xidmətləri tərəfindən təsdiqlənib.

"Detector404"ün Bakı vaxtı ilə saat 18:48-ə olan məlumatına görə, sistemdəki problemlərdən ən çox Almaniya (5%), ABŞ (5%), Niderland (4%), Rusiya (3%) və Böyük Britaniya (3%) istifadəçiləri şikayət ediblər. Qeyd olunur ki, bu göstəricilər region əhalisinin sayına uyğunlaşdırılıb. "Downdetector" saytında isə Portuqaliya, Yunanıstan, Azərbaycan və Polşa kimi ölkələrdən də nasazlıqlarla bağlı çoxsaylı müraciətlər daxil olub.

Məlumata əsasən, şikayətlərin sayı Bakı vaxtı ilə saat 17:15-dən sonra əhəmiyyətli dərəcədə artmağa başlayıb. Saat 18:53-ə olan statistikaya görə, son sutka ərzində sistemə giriş və funksionallıqla bağlı təxminən 1 400 şikayət qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR