Modern.az

FHN-dən küləkli hava ilə əlaqədar xəbərdarlıq

FHN-dən küləkli hava ilə əlaqədar xəbərdarlıq

Aktual

19 İyul 2026, 18:20

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

Modern.az xəbər verir ki, nazirlik küləkli hava şəraitində dənizə girməyin həyati təhlükə yaratdığını bir daha xatırladaraq vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

FHN bildirib ki, qaydalara etinasız yanaşmaq insan həyatı üçün ciddi risk yaradır.

Nazirlik, həmçinin təhlükə yarandığı təqdirdə vətəndaşlara 112 qaynar xəttinə zəng etməyi tövsiyə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə