Modern.az

Rusiya Kiyevi vurdu - Azərbaycan səfirliyinə zərər dəydi

Rusiya Kiyevi vurdu - Azərbaycan səfirliyinə zərər dəydi

Aktual

19 İyul 2026, 09:40

Rusiya ordusu Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə raket zərbələri endirib.

Modern.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, səfirliyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.

Səfirlik binasına zərər dəyib. Belə ki, səfirliyinin binasında şüşələr sınıb, tavanda çatlar əmələ gəlib.

Daha sonra Kiyev Şəhər Hərbi Administrasiyası öz "Telegram" kanalında bildirib ki, zərbələr nəticəsində bir nəfər həlak olub, beş nəfər xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama