Modern.az

Avropada Rusiyanın 6 yeni müttəfiqi açıqlandı 

Avropada Rusiyanın 6 yeni müttəfiqi açıqlandı 

Dünya

20 İyul 2026, 17:37

Avropa İttifaqında Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı ciddi fikir ayrılığı yaranıb.

Modern.az xəbər verir ki, "Financial Times" nəşrinin Avropa rəsmilərinə istinadən yaydığı məlumata görə, azı altı Aİ ölkəsi yeni məhdudiyyətlər paketinə qarşı çıxıb.

Məlumata əsasən, Yunanıstan, Fransa, İtaliya, Almaniya, Avstriya və Portuqaliya Brüsselin təklif etdiyi bəzi sanksiyaların ya yumşaldılmasını, ya da tamamilə paketdən çıxarılmasını tələb edir.

Avropa diplomatlarının sözlərinə görə, üzv dövlətlərin yeni sanksiyalara bu miqyasda etiraz etməsi son illərdə görünməmiş haldır.

Qeyd edək ki, Avropa İttifaqında Rusiyaya qarşı sanksiyalar yalnız 27 üzv ölkənin yekdil razılığı ilə qəbul oluna bilər. Məhz bu səbəbdən Brüsseldə səfirlərin danışıqları dörd gün davam etsə də, tərəflər ortaq mövqeyə gələ bilməyiblər.

Xüsusilə Yunanıstan Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına icazə verilməyəcəyi təqdirdə bütöv sanksiyalar paketini dəstəkləməyəcəyini açıqlayıb.

Analitiklər hesab edirlər ki, enerji təhlükəsizliyi, iqtisadi maraqlar və milli prioritetlər Aİ daxilində Rusiyaya qarşı vahid mövqenin qorunmasını getdikcə çətinləşdirir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR