Arxiv
3 İyul 2020, 13:03 | AKTUAL
Koronavirusla mübarizədə iqtisadi tədbirlər davam etdirilməkdədir

Bildiyiniz kimi yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir.  Bu çərçivədə modul tipli xəstəxanaların tikintisi sürətlə aparılır, Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Gəncə şəhərində birinci, ölkədə isə beşinci modul tipli xəstəxananın istifadəyə verilməsi buna əyani sübutdur.

 

Eyni zamanda, Gəncədə tikinti materialları istehsalı zavodunun açılışı, Samux rayonunda məcburi köçkünlər üçün inşa edilən yaşayış kompleksinin tikintisi, “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanışlıq çətin pandemiya şəraitinə baxmayaraq  regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlərin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən olduğunun bariz nümunəsidir.

 

Xüsusi karantin rejiminin uzadılmasını və sərtləşdirilməsini nəzərə alaraq, COVİD 19, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət tərəfindən yardım davam etdirilməkdədir. Lakin, son zamanlar sosial şəbəkələrdə xüsusi karantin rejimi dövründə zərərçəkmiş sahələrə və muzdlu işçilərə yardım edilməməsi ilə bağlı absurd fikirlər səslənməkdədir. Bu fikirləri səsləndirən vətəndaşlarımıza cavab olaraq Azərbaycan Respublikası Prezidentinin  19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamını xatırlatmaq istəyirəm. Belə ki, təsdiq olunmuş Tədbirlər Planına əsasən makroiqtisadi stabilliyə, ölkədə məşğulluq məsələlərinə və fəaliyyətini dayandırmış fərdi sahibkarların fəaliyyətlərinə mənfi təsirin azaldılması məqsədilə genişmiqyaslı tədbirlər hələ də həyata keçirilməkdədir. 

 

Xüsusilə sahibkarların güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarının genişlənməsi heç kəsə sirr deyil. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanına əsasən sahibkarlara dövlət zəmanəti ilə kredit alınması və kreditlər üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması, fors-major hallarda restrukturizasiya olunması, kredit öhdəliyinin icrası möhlətinin uzadılması kimi əlverişli şərtlər yaradılmışdır. 

 

Həmçinin, xüsusi karantin rejimi dövründə müəssisələrin, ticarət və xidmət obyektlərinin işinin təşkili ilə bağlı nəzarət və maarifləndirmə tədbirləri də davam etdirilməkdədir. Bu məqsədlə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin daxil olduğu monitorinq qrupları yaradılmış, Bakı şəhərində və ölkə regionlarında mayın 22-dən etibarən monitorinqlər keçirilməkdədir. İyunun 25-dək monitorinq aparılmış 8484 sahibkarlıq subyektindən 3715-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

 

Bütün bunlar bir daha göstərir ki, pandemiya dönəmində belə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təməlində konkret iş, real inkişaf, əməl dayanır. Ona görə əminliklə deyə bilərik ki, bu il də paytaxtla yanaşı, regionların da sosial-iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək infrastruktur layihələr vaxtında və uğurla reallaşacaq.

 

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

 Milli Məclisinin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan yenidən baş nazir SEÇİLDİ 2 Avqust 2021, 12:34 V qrant müsabiqəsinin nəticələri AÇIQLANDI 2 Avqust 2021, 12:28 Tağı Əhmədov xəstəxanaya YERLƏŞDİRİLDİ 2 Avqust 2021, 12:22 Eldəniz Səlimov İntizam komissiyasının iclasında - YENİLƏNİB 2 Avqust 2021, 12:22 Ermənistan parlamentinin ilk iclasını Həsənov aparır 2 Avqust 2021, 12:21 Qubada ağır qəza - 2 ölü, 4 yaralı 2 Avqust 2021, 12:15 Sabiq bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi 2 Avqust 2021, 12:09 Ermənistanda baş nazir postuna namizəd İRƏLİ SÜRÜLDÜ 2 Avqust 2021, 12:04 Əsirlərimizə işgəncə verən ermənilər üzr istədilər 2 Avqust 2021, 11:59 Erməni biznesmen satdığı vaksinin qiymətini QALDIRDI 2 Avqust 2021, 11:49 Əks göstəriş sertifikatı kimlərə və necə veriləcək? 2 Avqust 2021, 11:48 Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi bu tarixdə keçiriləcək 2 Avqust 2021, 11:44 Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL 2 Avqust 2021, 11:40 Razi Nurullayev: “Məncə, referendum olmalıdır” 2 Avqust 2021, 11:34 Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı 2 Avqust 2021, 11:28 “Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr 2 Avqust 2021, 11:24 Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı – FOTO 2 Avqust 2021, 11:23 Müdafiə naziri generalları topladı 2 Avqust 2021, 11:22 Rektor müşavirini və komendantı bıçaqlayan şəxs HƏBS EDİLDİ 2 Avqust 2021, 11:16 Əsirlərimizə işgəncə vermiş ermənilərin məhkəməsi başladı 2 Avqust 2021, 11:11 “Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR 2 Avqust 2021, 11:06 Kamal Abdullanın yeni romanı çap olundu 2 Avqust 2021, 11:00 Bakıda narkotik alverçilərinə qarşı əməliyyat 2 Avqust 2021, 10:55 Mirvari Fətəliyeva: “İtirilmiş uşaqlığımı kimsə qaytara bilməz” - MÜSAHİBƏ 2 Avqust 2021, 10:51 General yanğına görə Türkiyəyə getdi 2 Avqust 2021, 10:50 İmişlidə narkotik əkən şəxs silahdan atəş açdı 2 Avqust 2021, 10:46 Prokurorluq uşaq və yeniyetmələrə müraciət etdi 2 Avqust 2021, 10:42 Tarix müəllimi olmaq istəyənlər üçün SON ŞANS 2 Avqust 2021, 10:36 Narkotik satan daha bir dəstə saxlanıldı 2 Avqust 2021, 10:30 Toylarla bağlı sorğunun nəticələri AÇIQLANDI 2 Avqust 2021, 10:24 Əziz Ələkbərli: "Milli Məclis günün tələblərinə tam cavab verir" 2 Avqust 2021, 10:22 Ana südünün FAYDALARI 2 Avqust 2021, 10:18 Gələn həftədən vaksin vurdura bilməyənlərə sertifikat veriləcək 2 Avqust 2021, 10:12 Naxçıvan yenə atəşə tutuldu   2 Avqust 2021, 10:06 Bakıda 8 yeni müntəzəm marşrut xətti yaradılıb 2 Avqust 2021, 10:00