Modern.az

Göygöldə ferma yandı - xəsarət alanlar var

Göygöldə ferma yandı - xəsarət alanlar var

Aktual

10 İyul 2020, 08:35

Göygöl şəhərində ferma yanıb.

 

Modern.az xəbər verir ki, hadisə Fikrət Əmirov qəsəbəsində qeydə alınıb.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Hadisə zamanı 2 nəfər tüstüdən zəhərlənib. Zəhərlənənlər FHN-in əməkdaşlarıdır. Onlardan biri Göygöl Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxs isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.(Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir