Modern.az

Dünyada bir gündə koronavirusa REKORD yoluxma qeydə alındı

Dünyada bir gündə koronavirusa REKORD yoluxma qeydə alındı

11 İyul 2020, 09:40

Dünyada son bir gündə 228 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bu göstəricinin pandemiyanın başlanmasından bəri rekord say olduğu bildirilib.

 

Qeyd edək ki, bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı iyulun 4-də qeydə alınıb - 211 mindən çox.

 

Hazırda koronavirusa yoluxan xəstələrin ümumi sayının 12 milyondan çox olduğu vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir