Modern.az

Dörd illik büdcə planının əsas istiqamətləri AÇIQLANDI

Dörd illik büdcə planının əsas istiqamətləri AÇIQLANDI

İqtisadiyyat

24 Sentyabr 2026, 15:48

Azərbaycan dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetləri əsasında hazırlanıb.

Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.

Hökumət başçısının sözlərinə görə, 2027-2030-cu illərdə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri dayanıqlı iqtisadi artımın dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi, müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası, rəqəmsal inkişafın, süni intellektin və innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi, təhsilin və innovativ inkişafın dəstəklənməsi, səhiyyə sisteminin və tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, təmiz ətraf mühit və "yaşıl artım"ın təmin olunmasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!