Modern.az

YUĞ Teatrının keçmiş direktoru koronavirusdan vəfat etdi

YUĞ Teatrının keçmiş direktoru koronavirusdan vəfat etdi

20 İyul 2020, 20:04

YUĞ Teatrının keçmiş direktoru Cəbrayıl İsrafilov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə  mərhumun qardaşı, professor İsrafil İsrafilov məlumat verib.

 

Onun sözlərinə görə, 69 yaşlı Cəbrayıl İsrafilov bu gün koronavirusdan vəfat edib.

 

Mərhum sabah dəfn ediləcək.

 

O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

 

1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb.

 

Allah rəhmət eləsin. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?