Arxiv
21 İyul 2020, 10:46 | MEDİA
“Şirməmməd Hüseynov mükafatı”nı alacaq ilk şəxs - Qalibin adı açıqlandı

Parlament Jurnalistləri Birliyinin (PJB) ötən il elan etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın qalibi müəyyənləşib. Bu barədə Modern.az-a PJB sədrinin müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib.

“Nəzərdə tutulan prosedur qaydalara uyğun olaraq müzakirələrdən sonra qalib müəyyənləşdi. “Şirməmməd Hüseynov Mükafatı”nın ilk qalibi Azərbaycanın dəyərli aydınlarından biri, böyük araşdırmaçı, 1-ci dərəcəli müşavir-diplomat Ramiz Abutalıbovdur”.

E.Paşasoy bildirib ki, Şirməmməd Hüseynov ömrünün 70 ilindən çoxunu daxili auditoriyaya xitabən araşdırmalara həsr edib, Cümhuriyyət və media tariximizin qaranlıq səhifələrinə işıq salıb, insanlarımızı tariximizdən agah etməyə çalışıbsa, Ramiz Abutalıbov yorulmaz fəaliyyəti dövründə daha çox xarici arxivlərə xitab etmiş böyük ziyalımızdır.

“Mükafata namizəd olan 15 nəfərin hər biri onu qazanmağa layiq idi. Namizədlər sırasında çox dəyərli insanlarımız, ziyalılarımızın adları var idi. Amma yekunda ən çox səs toplayan qalib oldu. PJB-nin gəldiyi qənaət odur ki, Ramiz Abutalıbovun bu mükafata haqqı çatır. Biz bu münasibətlə ilk qalibimizi, dəyərli Ramiz müəllimi ürəkdən təbrik edirik”.

E.Paşasoy onu da bildirib ki, qalibin adının daha erkən açıqlanması planlaşdırılsa da, Tovuz istiqamətində baş verənlər hamının diqqətini cəbhəyə yönəltdi:

“Mükafatın hər il Milli Mətbuat günündə təqdim olunması nəzərdə tutulurdu. Lakin Şirməmməd Hüseynovun ailə üzvlərinin istəyinə əsasən bu məsələdə dəyişiklik edildi, bundan sonra mükafat hər il böyük ziyalımızın doğum günündə - dekabrın 17-də təqdim olunacaq. Digər tərəfdən, pandemiya ilə bağlı Ramiz Abutalıbov indi Moskvadan Bakıya gələ bilmir. Amma inanırıq ki, koronavirus dövrü arxada qalacaq və Ramiz müəllimi Bakıda ziyarət edə biləcəyik”.


Məlumat üçün bildirək ki, Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirib. 1980-1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışıb.
R. Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin - YUNESKO-nun əməkdaşı olub. 1993-2004-cu illərdə o, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləyib. Ramiz Abutalıbov Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti var. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunub. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir. Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşıya xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində, "İçərişəhər" (2000-ci il) və "Muğam"(2003-cu il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olub.
2016-cı ildə Bakı Media Mərkəzi tərəfindən R.Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında "Əbədi ezamiyyət" sənədli filmi çəkilib və "Qərib məzarlar" kitab-albomu nəşr edilib. Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsüdür. Təltifləri: 1."Fəxri Legion" ordeni (Paris,1998-ci il). 2."Azərbaycan Diplomatiyasının 90 illiyi" medalı (Bakı, 2009-cu il). 3."Puşkin" medalı (Moskva, 2010-cu il). 4."AXC-nin 100 illiyi" medalı (Bakı, 2019-cu il)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?