Modern.az

Belçikada ermənilər Azərbaycan vətəndaşına hücum etdi

Belçikada ermənilər Azərbaycan vətəndaşına hücum etdi

Diaspor

23 İyul 2020, 20:51

Ermənistan vətəndaşlarının Avropada azərbaycanlı gənclərə qarşı vandalizmi davam edir.

 

Modern.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə bir neçə erməni gənc təxribat törədərək azərbaycanlı gəncə hücum ediblər. Onlar həmyerlimizə qarşı fiziki zorakılıq göstərib, Azərbaycan xalqını təhqir ediblər. Eduard Baqramyan adlı şəxs isə törədilən cinayəti lentə alıb.

 

Qeyd edək ki, bundan əvvəl “REAL TV”nin əməkdaşı Xatirə Sərdarqızı da Belçikada ermənilərin hücumuna məruz qalmış, başından yaralanmışdı.

 

Xatırladaq ki, Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son 10 gün ərzində 25 ölkədə 56 aksiya keçirilib.  Aksiyalar zamanı Belçikada 10 nəfərədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi