Modern.az

İranda terror qruplaşmasının başçısı tutulub

İranda terror qruplaşmasının başçısı tutulub

Aktual

1 Avqust 2020, 16:32

İran hüquq-mühafizə orqanları “Tondar” terror qruplaşmasının başçısını həbs edib.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, saxlanan şəxs “Tondar” qruplaşmasının rəhbəri Cəmşid Şarmahdedir.

İran tərəfi iddia edir ki, qruplaşmaya ABŞ dəstək verir.

 

Məlumatda qeyd olunur ki, qruplaşma 2008-ci ildə Şirazda məsciddə 10 nəfərin ölümü, 200 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə təqsirli bilinir.

Təşkilatın İranda monarxiya üsul-idarəsinin qurulmasına çalışdığı bildirilir.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir