Modern.az

İran təyyarə qəzası ilə bağlı Ukrayna ilə danışıqlara başlayır  

İran təyyarə qəzası ilə bağlı Ukrayna ilə danışıqlara başlayır  

2 Avqust 2020, 23:46

"İran və Ukrayna arasında olan təzminat mövzusu ilə bağlı danışıqların ilkin mərhələsini müsbət qiymətləndirmək olar".

Modern.az xəbər verir ki, bu barədə İranın  Kiyevdəki səfiri Mənüçöhr Moradi bildirib.

“İyulun 30-u və 31-də Kiyevdə keçirilən İranın Ukraynaya təzminat ödəməsi ilə bağlı məsələnin müzakirəsi konstruktiv və məhsuldar olub. Müzakirələrin ikinci mərhələsi oktyabrda Tehranda baş tutacaq”, deyə - səfir bildirib.


Xatırladaq ki, yanvarın 8-də Tehranda 176 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib. İranın hava hücumundan müdafiə sistemi Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsini raketlə səhv salaraq zərbə endirib.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var