Modern.az

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi

3 Avqust 2020, 21:53

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.

Modern.az  xəbər verir ki,  Firudin Nəbiyev Türkiyədə vəfat edib.

 

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. 2012-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.

Qeyd edək ki, generalın ölümü barədə ilk məlumatı gununsesi.info yayıb.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?