Arxiv
5 Avqust 2020, 14:20 | AKTUAL
Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib

Naftalan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı  Vüqar Novruzov, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev, ŞİHB aparatının, institutun nümayəndələri və Naftalanda fəaliyyət göstərən sanator-kurort müəssisələrinin rəhbərləri  iştirak ediblər.

 

Şəhər rəhbəri tədbiri açaraq iştirakçıları salamlayıb, şəhərin mövcud turizm potensialı barədə onlara ətraflı məlumat verərək vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bu məşhur kurort şəhərinin infrastrukturu tamamilə yenilənmiş və müasir müalicə-istirahət mərkəzləri istifadəyə verilmişdir. Bunun nəticəsidir ki, son illər Naftalana yerli turistlərlə bərabər xarici ölkələrdən müalicə və istirahət məqsədilə gələnlərin sayı xeyli  artmışdır. V.Novruzov Naftalan neftinin beynəlxalq sertifkatlaşdırmadan keçməsi üçün atılan ilk addımların vacibliyini bildirərək  aparılacaq müzakirələrin, veriləcək təkliflərin Naftalan kurortunun gələcək  inkişafı baxımından müsbət və faydalı olacağını diqqətə çatdırıb. Həmçinin bunun müalicəvi neftin daha geniş miqyasda tanınmasına və Naftalana uzaq xaricdən turist axınına təkan verəcəyini bildirib.

 

 

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev mövzu ilə bağlı çıxış edərək Naftalan neftinin sertifkatlaşdırması sahəsində atılan addımları yüksək qiymətləndirib. Baş direktor məlumat verib ki, hamının bildiyi kimi, Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir və müalicəvi əhəmiyyətinə görə dünyanın hər yerində məşhurdur. Şəfa mənbəyi sayılan bu neft sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür. Elə bu baxımdan Naftalan şəhərinin iqtisadi əsasını təşkil edən müxtəlif sanatoriya mərkəzlərinə turist axını davamlı olaraq artır. Bununla əlaqədar olaraq ölkə başçısı cənab İlham Əliyev müvafiq qurumlara ölkədə ixtisaslaşmış turizm sənayesinin, xüsusi ilə sağlamlıq turizminin inkişafına  xüsusi  diqqət yetirməyə göstəriş verib. Standartlaşdırma üzrə Milli qurum olaraq Azərbaycan Standartlaşdırma İnstitutunun əsas məqsədi də ölkədə tibbi turizmi inkişaf etdirməkdən və ölkəyə müalicə üçün gələn turistlərə keyfiyyətli və təhlükəsiz xidmət göstərməkdən ibarətdir. Bununla əlaqədar olaraq tərəfimizdən Naftalan şəhəri ərazisindəki tibb, balneoterapiya və kosmetologiya sahəsində geniş istifadə edilən müalicəvi Naftalan neftinə dair normativ sənədin işlənib hazırlanması bu günün tələbi olaraq çox mühüm məsələrdəndir.

 

Daha sonra mövzu ilə bağlı  geniş müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib, AZS və İSO sertifkatının alınması üçün atılacaq növbəti addımlar müəyyənləşib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda yol qəzası - xəsarət alanlar var - FOTO 22 Yanvar 2021, 01:03 Şahbuzda zəlzələ oldu 22 Yanvar 2021, 00:51 Co Bayden Rusiya ilə raket müqaviləsini uzadacaq 22 Yanvar 2021, 00:46 Rusiya diplomatı arzuolunmaz şəxs elan edildi 22 Yanvar 2021, 00:32 Argentinalı hücumçu koronavirusa yoluxdu - FOTO 22 Yanvar 2021, 00:17 İtaliya polisi mafiyanın 50 üzvünü həbs etdi 22 Yanvar 2021, 00:03 Türkiyədən Azərbaycanla Türkmənistan arasındakı memoranduma REAKSİYA 21 Yanvar 2021, 23:50 Koronavirus xəstəsi itkin düşüb - FOTO 21 Yanvar 2021, 23:36 “Pandemiya əsrin fəlakətidir” - Merkel 21 Yanvar 2021, 23:23 Nazirlər üçtərəfli bəyanatı müzakirə etdi 21 Yanvar 2021, 23:14 Goranboy sakini dəm qazından zəhərləndi 21 Yanvar 2021, 23:01 “Beşiktaş” qalib gəldi, “Fənərbaxça” xal itirdi 21 Yanvar 2021, 22:49 Teledərslərin yanvarın 22-nə olan CƏDVƏLİ 21 Yanvar 2021, 22:36 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı 21 Yanvar 2021, 22:24 Bakıda qadın itkin düşdü - FOTO 21 Yanvar 2021, 22:16 Azərbaycan və Türkmənistan XİN rəhbərləri müzakirələr apardı 21 Yanvar 2021, 22:07 Türkiyədə daha 153 nəfər koronavirusdan öldü 21 Yanvar 2021, 21:57 Goranboyda iki maşın toqquşdu - yaralananlar var 21 Yanvar 2021, 21:43 Ceyhun Bayramov Türkmənistan prezidenti ilə görüşdü 21 Yanvar 2021, 21:31 Komitə sədri qazilərlə görüşdü - FOTO 21 Yanvar 2021, 21:27 Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO 21 Yanvar 2021, 21:16 Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO 21 Yanvar 2021, 21:02 İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər sürətlənib 21 Yanvar 2021, 20:58 Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlandı 21 Yanvar 2021, 20:47 Qazaxıstanın Azərbaycan pomidoruna qoyduğu qadağa araşdırılır 21 Yanvar 2021, 20:38 Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO 21 Yanvar 2021, 20:30 “Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb 21 Yanvar 2021, 20:22 Microsoft Azərbaycanın distant tədris təcrübəsindən YAZDI 21 Yanvar 2021, 20:15 Xarkovda qocalar evi yandı - 15 nəfər öldü 21 Yanvar 2021, 20:07 Baş nazir qərar verdi 21 Yanvar 2021, 20:00 Bakıda ev yanır 21 Yanvar 2021, 19:54 Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir 21 Yanvar 2021, 19:47 Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırladı 21 Yanvar 2021, 19:40 Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək 21 Yanvar 2021, 19:33 Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24