Modern.az

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 49-a endi - FOTO

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 49-a endi - FOTO

Ölkə

10 Avqust 2020, 22:18

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 10-na olan statistik göstəriciləri açıqlayıb.

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 015 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 790 141  test aparılıb. İndiyədək 492  nəfər COVID-19-dan dünyasını dəyişib, 30 642  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 513 nəfərdir. Hazırda 252 nəfər reanimasiyada müalicə alır. 49 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Qeyd edək ki, bu gün Azərbaycanda 79 yoluxma, 278 sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!