Modern.az

Binəqədidə karantin qaydalarını pozanlar cərimələndi

Binəqədidə karantin qaydalarını pozanlar cərimələndi

11 Avqust 2020, 20:07

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən marketlər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Modern.az xəbər verir ki, Binqədi Rayon İcra Hakimiyyəti, Binəqədi RPİ və 4-cü Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən “Al” və “Grand” marketlərin xidmət personallarının karantin qaydalarına zidd olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etmədikləri aşkar olunub.

Qanunverciliyə uyğun olaraq, onlardan 4 nəfər - obyektin icarədarı və işçiləri qanunverciliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər