Modern.az

Hikmət Hacıyev qərargahla bağlı satirik video hazırlayan şəxsi PA-na dəvət etdi - VİDEO

Hikmət Hacıyev qərargahla bağlı satirik video hazırlayan şəxsi PA-na dəvət etdi - VİDEO

Aktual

15 Avqust 2020, 13:14

Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Operativ Qərargahın birifinqində sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, o, bəzən qərargahın iclasları ilə bağlı satirik filmlər hazırlandığını vurğulayıb: “Biz bunu çox normal qəbul edirik. Ərtoğrul adı ilə sosial şəbəkələrdə çıxış edən bir şəxs var, onun fəaliyyətini yüksək qiymətləndiririk. 

 

Satira Azərbaycan ədəbiyyatının və xalqının mədəniyyətində vacib özəlliklərdən biridir. Belə kreativ insanlara operativ qərargahın islaslarına göstərdikləri bu diqqətə görə də bir daha təşəkkür edirik, o videoları çox bəyənirik. Videoları dublyaj edən şəxsi Prezident Administrasiyasına görüşə dəvət edirik".

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü