Modern.az

Ramiz Mehdiyevin kürəkəninə 15 sutka həbs verildi - YENİLƏNİB

Ramiz Mehdiyevin kürəkəninə 15 sutka həbs verildi - YENİLƏNİB

Hadisə

22 Avqust 2020, 13:20

Abşeron rayon Məhkəməsində karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin işi üzrə məhkəmə prosesi başa çatıb. 

Modern.az-ın məlumatına görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılan məhkəmədə həmin şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilərək 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər.
 

XXX

Övladına xüsusi karantin zonasında toy məclisi təşkil edən sabiq deputat İlham Əliyev məhkəməyə çağırılıb.

Modern.az-ın xəbərinə görə, İ.Əliyev karantin qaydalarını pozmaqda təqsirləndirilib. O İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Sabiq deputat Abşeron rayon Məhkəməsinə çağırılıb.

 

Qeyd edək ki, ötən gün İlham Əliyevin oğlunun toy mərasimindən videogörüntülər yayılmışdı. Sabiq deputat İlham Əliyev Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?