Modern.az

Azərbaycanda hansı vəhşi heyvan və quşlar ovlana bilər? - QAYDALAR

Azərbaycanda hansı vəhşi heyvan və quşlar ovlana bilər? - QAYDALAR

Aktual

3 Sentyabr 2020, 16:50

Ötən aydan etibarən Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üzrə ov mövsümü başlanıb.

 

Modern.az-ın məlumatına görə, ov üçün lisenziya əldə etmək istəyən Azərbaycan vətəndaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət ekoloji təhlükəsizlik xidmətinin regional idarələrinə müraciət etməlidir.

 

Respublika ərazisində 2020-2021-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddət və normaları aşağıdakı kimi təyin edilib:

 

Qaban (Çöl donuzu) 14 sentyabr 2020-ci ildən 21 dekabr 2020-ci ilə kimi ovlana bilər. Bir baş heyvan 3 nəfərdən ibarət qrupla ovlana bilər.

 

Dovşan 16 noyabr 2020-ci ildən 11 yanvar 2021-ci ilə kimi ovlana bilər. Bir nəfərə 2 baş heyvan düşür.

 

Bataqlıq qunduzu (nutriya) 05 oktyabr 2020-ci ildən 15 fevral 2021-ci ilə kimi ovlana bilər. Bunu nutriya təsərrüfatları olan təşkilatlar ovlaya bilərlər.

 

Cüllüt (ağquyruq çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla) 14 sentyabr 2020-ci ildən 23 noyabr 2020-ci ilə kimi ovlana bilər. Bir nəfərə 6 quş düşür.

 

Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla) 12 oktyabr 2020-ci ildən 28 fevral 2021-ci ilə kimi ovlana bilər. Adam başına 1 ədəd quş düşür.

 

Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) 12 oktyabr 2020-ci ildən 28 fevral 2021-ci ilə kimi ovlana bilər. Adam başına 4 ədəd ördək düşür.

 

Qaşqaldaq 12 oktyabr 2020-ci ildən, 28 fevral 2021-ci ilə kimi ovlana bilər. Adam başına 6 quş düşür.

 

Alabaxta 1 sentyabr 2020-ci ildən 16 noyabr 2020-ci ilə kimi ovlana bilər. Adam başına 2 ədəd quş düşür.

 

Bildirçin 1 sentyabr 2020-ci ildən 16 noyabr 2020-ci ilə kimi ovlana bilər. Adam başına 4 ədəd bildirçin düşür.

 

Çöl göyərçini 1 sentyabr 2020-ci ildən, 16 noyabr 2020-ci ilə kimi ovlana bilər. Adam başına 4 ədəd çöl göyərçini düşür.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi