Arxiv
10 İyun 2012, 11:01 | İQTİSADİYYAT
Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq

Türkiyə ilə Azərbaycan ortaq kökə və keçmişə sahib iki dövlətdir. İki ölkə əlaqələrindəki təyinedici faktorlar Türk Dünyasının böyük lideri Mustafa Kamal Atatürkün sözləriylə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycanın ümummilli lideri, görkəmli şəxsiyyət Heydər Əliyevin “bir millət – iki dövlət” sözləriylə ifadə edilib.

Azərbaycan-Türkiyə qardaşlığı və iki qardaş ölkələr arasındakı siyasi əlaqələr ilk dəfə Azərbaycanın 28 may 1918-ci il tarixində müstəqilliyini elan etməsindən, Nuru paşa­ əmrindəki Türk-İslam Ordusunun müstəqillik elanından sonra Azərbay­ca­na­­ gəlməsi ilə başlayıbr. Ancaq bu ordu Birinci Dünya Müharibəsinin sonunda imzalanan Mudros razılaşmasına uyğun olaraq, geri çə­kil­mək məcburiyyətində qalıb.

Qeyd edək ki, Türkiyə Respublikası 9 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının ikinci dəfə əldə etdiyi müstəqilliyini tanıyan ilk ölkə olub. 14 yanvar 1992-ci il Bakıda Türkiyə tərəfindən səfir Bilal Şimşir və Azərbaycan tərəfindən xarici işlər naziri Hüseyn Sadıqov tərəfindən “Yenidən Diplomatik Əlaqələrin Təsisi Haqqında Protokol” imzalanıb. Beləliklə, 25 may 1991-ci il tarixindən etibarən Baş konsulluq olaraq fəaliyyət göstərən təmsilçilik səfirlik səviyyəsinə yüksəldilib. Bundan sonrakı illərdə iki ölkə arasındakı əlaqələrin hüquqi infrastrukturunu təkmilləşdirən 200-dən çox anlaşma imzalanıb. Hazırda Türkiyənin Bakıda səfirliyi, Gəncə şəhəri və Naxçıvan Muxtar Respublikasında Baş konsulluqları fəaliyyət göstərir.

Xatırladaq ki, uzun illər boyu Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətə birbaşa qoşulmaq hüququ olmayıb. Lakin istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələr yaratmağa böyük ehtiyac duyub. 

Artıq 1990-cı ildən başlayaraq Azərbaycan–Türkiyə mədəni əlaqələri sürətlə inkişaf etməyə başladı. Bu dövrdə Türkiyənin mədəni aləmində Azərbaycan klassik ədəbiyyatına böyük maraq göstərildi. Türk ictimaiyyəti müasir yazarlarımızla da tanış olmaq imkanı əldə etdi. Türkiyədə Azərbaycan poeziyası və nəsri antologiyası nəşr olundu. Görkəmli türk şairi və jurnalist Yusel Feyzioğlu Səməd Vurğunun şerlərini çap etdirdi. Ankarada milli folklor tədqiqatları nəşriyyatları və başqa nəşriyyatlar “Azərbaycan Respublikası”, “Azərbaycan xalçaları”, “Aşıq Ələsgər” adlı kitabları türk oxucularına təqdim etdilər. Azərbaycan və Türkiyə aşıq poeziyasının inkişafına böyük təsir göstərən Qaracaoğlunun ədəbi irsi Azərbaycan şairi və alimi mərhum Rəfiq Zəka Xəndan tərəfindən araşdırıldı.

Qeyd etmək lazımdır ki, Azərbaycanın bir çox dünya şöhrətli sənətkarları hələ sovet imperiyasının Türkiyəyə qarşı radikal yanaşdığı dövrlərdə də qardaş ölkə ilə mədəni-kulturoloji əlaqələr yaratmaqdan çəkinməyiblər. Xüsusilə maestro Niyazi, bəstəkar Arif Məlikov, müğənnilər Zeynəb Xanlarova, Lütfiyar İmanov və başqaları Azərbaycan incəsənətini daim Türkiyə ictimaiyyətinə təqdim edə biliblər. Görkəmli sənətkarımız maestro Niyazi Ankara Dövlət Opera və Balet teatrında P.Çaykovskinin “Yevgeni Onegin” operasını tamaşaya qoyub. Həmin operada German rolunu Lütfiyar İmanov ifa edib. 

Maestro Niyazinin Türkiyə ilə əlaqələri daha çox olub. O, burada P.Çaykovskinin “Qu gölü” baletini, C. Verdinin “Aida” operasını da tamaşaçılara təqdim edib. Türk tədqiqatçıları Niyazini müasir dövrün ən qabaqcıl dirijorlarından biri kimi qiymətləndiriblər. 

Xalq artisti Zeynəb Xanlarova isə Türkiyəyə etdiyi qastrollar zamanı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə onun mahnı janrının ecazkar gücə malik olduğunu nümayiş etdirib. O, türk tamaşaçılarının ən sevimli müğənnisi statusunu qazanıb. 1970-ci ildə bu görkəmli müğənnimizi Türkiyə prezidenti Cövdət Sunay xüsusi diplomla təltif edib. 1977-ci ildə isə Zeynəb Xanlarova Leyla Vəkilovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs ansamblı ilə birlikdə Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində çox uğurlu çıxışlar ediblər. Həmin vaxt demək olar ki, bütün türk qəzetləri Zeynəb Xanlarovanın ecazkar ifasından, sənətkarlıq qüdrətindən yazıblar.

Azərbaycan və Türkiyə bir millət – iki dövlət olduqlarını tək sözdə demirlər. Bunu bütün dünyaya öz əməlləri ilə də çatdırırlar. Bunun ən yaxşı sübutu 2011-ci il oktyabr ayında Türkiyənin Van bölgəsindəki zəlzələ idi. Prezident İlham Əliyevin göstərişi ilə Türkiyəyə getmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Van bölgəsində zəlzələdən zərər çəkənlərə yardımlarını davam etdilər. 3 təyyarə dolusu ilə yardım qardaş millətə çatdırıldı. Zəlzələdən dərhal sonra Vana ilk yardım göndərməsi, xilasedicilərimizin axtarış-xilasetmə işlərində fəallıq göstərməsi və uçqun altından çoxsaylı insanın sağ çıxarması Türkiyə mətbuatında geniş şəkildə işıqlandırıldı.

Ölkəmiz üçün ağrılı məsələ olan Xocalı faciəsində Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında keçirilən “Hamımız xocalılıyıq” adlı mitinq də yaddaşlarda qalır. Mitinqdə demək olar ki, 300 minə yaxın insan var idi. Ankara Böyükşəhər Bələdiyyəsinin Adların verilməsi Komissiyasının Bələdiyyə Məclisində irəli sürdüyü, 82 nəfər üzvün dəstəyi ilə qəbul olunan və Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 12 mart 2012-ci il tarixində 319 saylı qərarla Ankaranın ən böyük rayonlarından biri olan və 558.223 nəfər əhali yaşayan Mamak rayonunun 1868 metr uzunluğu, 17 metr eni olan 636-cı prospektinə “Xocali” adı verildi.

Bütün bunlar Azərbaycan və Türkiyənin qardaş ölkə olduğunu, bir millət olduğunun tam sübutudur.

Sevinc İltifatqızı

Yazı Mətbuat Şurası və Türkiyənin Azərbaycandakı Səfirliyinin Kültür və Tanıtma Müşavirliyinin birgə keçirdiyi “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” mövzusunda müsabiqəyə təqdim olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ 19 Fevral 2020, 17:00 Axşam Xətai rayonunda su olmayacaq 19 Fevral 2020, 16:53 "Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 MSK ittihamlara cavab verdi: “Bu hal ola bilməz” 19 Fevral 2020, 16:38 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36 11 məntəqə ləğv edildi, fərq isə belədir... 19 Fevral 2020, 15:06 Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:00 Bakı-Qazax yolunda raket tapılıb - FOTO 19 Fevral 2020, 14:54 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO 19 Fevral 2020, 14:42 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36 Azərbaycanın bu ərazisində təhlükəli xəstəliklər yayıldı 19 Fevral 2020, 14:30 Azərbaycanda uzunömürlülərin sayı AÇIQLANDI 19 Fevral 2020, 14:24 “Lionel Messi ilə bu mükafatı bölüşmək möhtəşəm hissdir” - Formula 1 üzrə dünya çempionu 19 Fevral 2020, 14:18 Türkiyənin Azərbaycandakı səfiri rektorla görüşdü 19 Fevral 2020, 14:12 Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:12 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:06 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:00 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı 19 Fevral 2020, 13:30 İranda koronavirus aşkarlandı 19 Fevral 2020, 13:24 Şəmkirdə xeyli sayda silah-sursat tapıldı 19 Fevral 2020, 13:18 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12