Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,68 dollar və ya 3 faiz yüksələrək 91,5 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 88,82 ABŞ dolları təşkil edib. "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.