Modern.az

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb

Dünya

17 İyul 2026, 23:35

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində güclü leysanların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 8 nəfər həlak olub, daha 34 nəfər itkin düşüb.

Modern.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə Utszyan çayı sahilində baş verib.

İndiyədək 10 nəfər xilas edilib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə