Modern.az

Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlığında yenilik

Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlığında yenilik

İqtisadiyyat

17 İyul 2026, 16:22

Daşkənddə Azərbaycan-Özbəkistan əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, investisiya əməkdaşlığının genişləndirilməsi və nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovnin həmsədrlik etdiyi iclasda Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal zəncirlərinin yaradılması, Orta Dəhliz çərçivəsində nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi, həmçinin investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə baxılıb.

İclasın yekununda iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər prioritet istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutan protokol imzalanıb.

Bundan əlavə, geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə AzerGold, Uzbekgeologorazvedka və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin iştirakı ilə üçtərəfli birgə müəssisənin yaradılmasına dair əsas şərtlər haqqında sənəd də imzalanıb.

1535716

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hücumlar artır - Bakını hansı TƏHLÜKƏLƏR gözləyir?